Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 144. Ayet:
(Ey Peyğəmbər!) Üzünün göyə tərəf çevrildiyini görürük. Ona görə də səni mütləq razı qalacağın qibləyə
döndərəcəyik.
Üzünü Məscidi-harama (Kəbəyə) tərəf çevir! (Ey müsəlmanlar!) Siz də harada olsanız, üzünüzü ona tərəf çevirin! Şübhəsiz, kitab verilənlər onun (Quranın) özlərinin Rəbbi tərəfindən gələn həqiqət olduğunu yaxşı bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyildir....
Bəqərə Suresi, 144. Ayet:
(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf
döndərəcəyik.
İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir....
Bəqərə Suresi, 144. Ayet:
Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük və Biz səni razı qalacağın qibləyə tərəf
döndərəcəyik.
Sən üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin! Şübhəsiz ki, Kitab verilənlər bunun öz Rəbbi tərəfindən gerçək olduğunu bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyildir....
Bəqərə Suresi, 144. Ayet:
(Ey Muhamməd!) Biz sənin üzünü göyə çevirdiyini (vəhy gözlədiyini) görürük.(Narahat olma,) əlbəttə ki, səni razı qalacağın bir qibləyə tərəf
döndərəcəyik.
(Bundan sonra) üzünü Məscidi-Harama tərəf çevir. (Ey müsəlmanlar!) Siz də harada olursunuz olun, (namazda) üzünüzü hər zaman ona tərəf çevirin. Şübhəsiz ki, kitab verilənlər bunun Rəblərindən (gələn) bir həqiqət olduğunu bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyil....
Bəqərə Suresi, 144. Ayet:
Biz, sənin Bizdən nə gözləməkdə olduğunu həqiqətən görürük. Artıq səni razı qalacağın bir hədəfə/strategiyaya [tərəf]
döndərəcəyik.
Haydı, üzünü Məscidülhərama/toxunulmaz təhsil-təlim ocağı tərəfə çevir; ağılın-fikrin həmişə təhsildə-təlimdə olsun. Siz də, harada olursunuzsa olun, üzünüzü o tərəfə çevirin! Özlərinə Kitab verilmiş kəslər də, əlbəttə ki, bunun Rəbbindən gələn bir gerçək olduğunu bilirlər. Və Allah, onların etdiklərindən xəbərsiz, qafil deyil....