Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
İsra Suresi, 67. Ayet:
Dənizdə sizə bir çətinlik üz verdikdə Allahdan başqa dua etdikləriniz yox olub gedər. Ancaq O sizi xilas edib quruya çıxartdığı zaman siz (haqdan) üz
döndərərsiniz.
İnsan çox nankordur....
İsra Suresi, 67. Ayet:
Dənizdə sizə (suda batmaq qorxusunun yaranmasına səbəb olan) bir çətinlik və müsibət üz verən zaman, Ondan başqa, (ibadət üçün) çağırdıqlarınızın hamısı (fikrinizdən) itər (diqqətiniz yalnız Ona yönələr). Sizə nicat verib quruya çıxaranda isə (Ondan) üz
döndərərsiniz.
İnsan həmişə çox nankordur....
İsra Suresi, 67. Ayet:
Dənizdə başınıza bir müsibət gəldiyi zaman bütün tapındıqlarınız (sizi darda qoyub) qeyb olar, yalnız Allah qalar. Lakin sizi qurtarıb quruya çıxartdıqda üz
döndərərsiniz.
Əslində, insan çox nankordur....
İsra Suresi, 67. Ayet:
Əgər dənizdə sizə bir bəla toxunarsa, Allah istisna olmaqla bütün ibadət etdikləriniz [bütlər] yox olub gedərlər [köməyə gəlməzlər]. Sonra isə O, sizi xilas edib quruya çıxararsa, siz üz
döndərərsiniz.
Həqiqətən də insan naşükürdür....