Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Tövbə Suresi, 3. Ayet:
Ən böyük Həcc (Həcci-əkbər) günü Allah və Peyğəmbərindən insanlara bildiriş! Şübhəsiz, Allah və Peyğəmbəri müşriklərdən uzaqdır. Əgər tövbə etsəniz, bu sizin üçün daha xeyirli olar. Əgər (iman gətirməkdən) üz
döndərsəniz,
bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. Kafirləri acı bir əzabla müjdələ!...
Hud Suresi, 3. Ayet:
Həmçinin Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz! Sonra Ona tövbə edin ki, O, (dünyada) müəyyən bir vaxta qədər sizə gözəl nemətlər versin və hər bir yaxşı əməl sahibini mükafatlandırsın. Əgər üz
döndərsəniz,
(bilin ki,) mən sizin üçün böyük günün əzabından qorxuram....
Nur Suresi, 54. Ayet:
De: “Allaha da, Peyğəmbərə də itaət edin! Əgər üz
döndərsəniz,
(bilin ki,) onun vəzifəsi ancaq ona yüklənəndir (təbliğ vəzifəsidir). Sizin vəzifəniz də sizə yüklənəndir (əmr ediləni yerinə yetirməkdir). Əgər ona itaət etsəniz, doğru yolu taparsınız. Peyğəmbərin vəzifəsi isə ancaq açıq bir şəkildə təbliğ etməkdir....
Məhəmməd Suresi, 22. Ayet:
Əgər (haqq yoldan) üz
döndərsəniz,
ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəcək və qohumluq əlaqələrini kəsəcəksiniz....
Məhəmməd Suresi, 38. Ayet:
Budur, siz Allah yolunda infaq etməyə dəvət olunursunuz. Ancaq içinizdə xəsislik edənlər var. Kim xəsislik edərsə, ancaq öz əleyhinə xəsislik etmiş olar. Allah zəngindir, siz isə yoxsulsunuz. Əgər (haqdan) üz
döndərsəniz,
O sizin yerinizə başqalarını gətirər. Onlar isə sizin kimi olmazlar....
Fəth Suresi, 16. Ayet:
(Səfərə çıxmayıb) arxada qalan bədəvi ərəblərə de: “Siz çox qüvvətli bir qövm (farslar və ya romalılar) ilə döyüşməyə çağırılacaqsınız. Siz ya onlarla döyüşəcəksiniz, ya da onlar təslim olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verəcəkdir. Əgər daha əvvəl üz döndərdiyiniz kimi yenə üz
döndərsəniz,
O sizə acı bir əzab verəcəkdir”....
Təğabun Suresi, 12. Ayet:
Allaha və Peyğəmbərə itaət edin! Əgər (haqq yoldan) üz
döndərsəniz,
bilin ki, elçimizin vəzifəsi ancaq açıq-aşkar təbliğ etməkdir....
Nisa Suresi, 135. Ayet:
Ey iman gətirənlər! Özünüzə, ata-ananıza və yaxınlarınızın əleyhinə olsa belə; İstər şəhadət verəcəyiniz kimsə varlı olsun, istər kasıb olsun. Allah onlara sizdən daha yaxındır. Həddini aşmayın və ehtirasınızın arxasınca getməyin. Əgər haqqı təhrif edib üz
döndərsəniz,
Allah etdiyiniz hər şeydən xəbərdardır....
Tövbə Suresi, 3. Ayet:
Bu, Allahdan və Onun Elçisindəndir. Böyük Həcc günü insanlara elandır. Allah və Rəsulu müşriklərdən uzaqdır. Ey müşriklər! Əgər tövbə etsəniz, sizin üçün daha xeyirli olar. Əgər üz
döndərsəniz,
yaxşı bilin ki, siz Allahdan əl çəkə bilməzsiniz. Kafirləri ağrılı-acılı bir əzabla qorxut....
Hud Suresi, 3. Ayet:
Və Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin ki, O, sizə müəyyən müddətə qədər xeyir-dua versin. Fəzilət sahibini fəzilətinə görə mükafatlandırsın. Əgər üz
döndərsəniz,
mən sizə böyük günün əzabından qorxuram....
Hud Suresi, 57. Ayet:
"Əgər üz
döndərsəniz,
bilin ki, mən sizə çatdırmaq üçün göndərilmiş risaləti sizə çatdırdım. Rəbbim sizin yerinizə sizdən başqa bir qövm gətirə bilər və siz heç bir şəkildə Onun qarşısını ala bilməzsiniz. Mənim Rəbbim təkdir. O, hər şeyi qoruyan və nəzarət edəndir”....
İsra Suresi, 28. Ayet:
Ümid etdiyiniz rəhməti Rəbbinizdən diləyərkən onlardan üz
döndərsəniz,
heç olmasa mülayim davranaraq onların qəlblərini fəth edin....
Təğabun Suresi, 12. Ayet:
Allaha itaət edin, Peyğəmbərə itaət edin. Əgər üz
döndərsəniz,
bilin ki, elçimizin vəzifəsi ancaq açıq şəkildə təbliğ etməkdir....
Tövbə Suresi, 3. Ayet:
Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü (zülhiccə ayında vacib, fərz olan həcc; qurban bayramı və ya Ərəfə günü) insanlara bir bildiriş! Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər (küfrdən və şirkdən) tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər (imandan) üz
döndərsəniz,
bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. (Ey Peyğəmbərim!) Kafir olanları şiddətli bir əzabla müjdələ!...
Hud Suresi, 3. Ayet:
Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət (ömrünüzün sonunadək) sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə (əməlinin) mükafatını ehsan buyursun. Əgər (imandan, mənim dəvətimdən, öyüd-nəsihətimdən) üz
döndərsəniz,
bilin ki, mən (müsibəti) böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram....
Nur Suresi, 54. Ayet:
De: “Allaha itaət edin, Peyğəmbərə itaət edin. (Çünki Peyğəmbərə itaət etmək elə Allaha itaət etməkdir). Əgər (Peyğəmbərin əmrindən) üz
döndərsəniz,
(bilin ki) onun vəzifəsi ancaq ona tapşırılanı, sizin də vəzifəniz ancaq sizə tapşırılanı yerinə yetirməkdir. Əgər ona itaət etsəniz, doğru yolu tapmış olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə yalnız (dini, Allahın hökmlərini, risalətini) açıq-aşkar təbliğ etməkdir....
Məhəmməd Suresi, 22. Ayet:
Əgər (Muhəmməd əleyhissəlamdan) üz
döndərsəniz,
sizdən yer üzündə fitnə-fəsad törətmək və (Cahiliyyət dövründə olduğu kimi) qohumluq tellərini qırmaq gözlənilməzmi?!...
Məhəmməd Suresi, 38. Ayet:
Budur, siz (mal-dövlətinizin yalnız qırxda birini) Allah yolunda sərf etməyə çağırılan kimsələrsiniz. Bununla belə içərinizdə xəsislik edən də vardır. Hər kəs xəsislik etsə, ancaq özünə qarşı xəsislik etmiş olar. (Bunun zərəri yalnız özünə toxunar). Allah zəngin, siz isə yoxsulsunuz (Allah sizə möhtac deyildir, siz Ona möhtacsınız). Əgər (Ondan) üz
döndərsəniz,
(sizi yox edib) yerinizə sizlər kimi olmayan (Allaha cani-dildən ibadət və itaət edən) başqa bir qövm gətirər!...
Tövbə Suresi, 3. Ayet:
(Bu, )Allah və Onun Elçisi tərəfindən ən böyük həcc günü insanlara Alla-hın və Onun Elçisinin müşriklərdən uzaq olma-sını (elan edəcək) bir bildirişdir. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Yox əgər üz
döndərsəniz,
bilin ki, siz, Allahdan yaxa qurtara bilməyəcəksiniz. Kafirləri üzücü bir əzabla müjdələ....
Fəth Suresi, 16. Ayet:
Geri qalan bədəvilərə de: “Siz çox qüvvətli bir tayfaya qarşı (döyüşməyə) çağırılacaqsınız. Siz ya onlarla döyüşəcəksiniz, ya da onlar müsəlman olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. Yox, əgər daha əvvəl üz döndərdiyiniz kimi üz
döndərsəniz,
O sizə ağrılı-acılı bir əzab verər”....
Ali-İmran Suresi, 32. Ayet:
De: «Itaət edin Allaha və rəsula! Və əgər üz
döndərsəniz,
həqiqətən, Allah sevməz kafirləri!»...
Hud Suresi, 3. Ayet:
Rəbbinizdən bağışlanmaq istəyəsiz, sonra Ona tərəf qayıdasız, mətahlandırsın sizi mətahnan yaxşı, tərəfinə əcəlin toxunanın və əta etsin külli fəzl sahibinə Öz fəzlini. Əgər üz
döndərsəniz,
mən sizin üçün böyük günün əzabından xoflanıram....
Hud Suresi, 57. Ayet:
Əgər siz üz
döndərsəniz,
fəqət mən sizə təbliğ etdim onu ki, nə ilə sizə göndərilmişəm. Rəbbim sizi qeyri qoumla dəyişər və siz Ona bir şeylə zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim üzərində külli şeyin Hafizdir!...
Nur Suresi, 54. Ayet:
De: «Itaət edin Allaha və itaət edin rəsula! Əgər üz
döndərsəniz,
həqiqətən, onun üzərində olan ona yüklənəndir və sizin üzərinizdə olan sizə yüklənəndir. Əgər ona itaət edərsinizsə, hidayət olunarsınız. Rəsulun üzərində ancaq aşkar təbliğdir». ...
Məhəmməd Suresi, 38. Ayet:
Hə, siz bunlarsınız ki, çağırılırsız Allah yolunda xərcləməyə. Ancaq sizlərdən var ki, simiclik edirlər. Kim simiclik edirsə, yalnız öz nəfsinə qarşı simiclik edir. Həqiqətən, Allah Qənidir və siz fəqirsiz! Əgər üz
döndərsəniz,
onda O sizi başqa qoumla əvəz edər və sonra onlar sizin misliniz olmazlar....
Təğabun Suresi, 12. Ayet:
Itaət edin Allaha və itaət edin rəsula və əgər üz
döndərsəniz,
həqiqətən, rəsulumuzun üzərində olan ancaq aşkar təbliğdir....
Nisa Suresi, 135. Ayet:
Ey iman gətirənlər, (bütün işlərinizdə) hətta özünüzün, ya ata-ananızın, yaxud yaxınlarınızın ziyanına olsa belə, həmişə və tam şəkildə ədaləti bərqərar edin və Allaha görə şahidlik edin. Əgər (dava edən tərəflərdən biri) imkanlı ya yoxsul olsa (siz onların vəziyyətlərini nəzərə alaraq haqqa zidd şahidlik etməyin, çünki) Allah onlara (onların halını nəzərə almağa) daha layiqlidir. Buna görə də nəfsi istəyə tabe olmayın ki, (nəticədə) haqdan üz çevirəsiniz. Əgər dil(inizi nahaq tərəfə) əysəniz ya...
Maidə Suresi, 92. Ayet:
Allaha itaət edin, Onun peyğəmbərinə tabe olun və (onunla müxalifət etməkdən) çəkinin. Beləliklə, əgər üz
döndərsəniz,
bilin ki, Bizim peyğəmbərimizin vəzifəsi yalnız (ona tapşırılanı) aydın şəkildə çatdırmaqdır (onun icrası peyğəmbərin vəzifəsi deyildir. İcra imamətin vəzifələrindəndir və həmçinin peyğəmbərin vəzifəsi cəzalandırmaq da deyil, çünki bu, Allahın istək və iradəsindən asılıdır)....
Tövbə Suresi, 3. Ayet:
Həmçinin (bu ayələr) Allah və Onun Peyğəmbəri tərəfindən (bütün) insanlara böyük həcc günündə (qurban bayramı günü, yaxud hicrətin doqquzuncu ilində müşriklərlə müsəlmanların həcc əməllərini birlikdə yerinə yetirdikləri böyük həcc günü) bir bildirişdir ki: «Allah və Onun Peyğəmbəri müşriklərdən uzaqdırlar (onlarla heç bir əhd-peymanları yoxdur)». Buna görə də (ey müşriklər), əgər tövbə etsəniz (və İslamı qəbul etsəniz), sizin üçün daha yaxşıdır və əgər üz
döndərsəniz,
bilin ki, siz (nə mübarizə ...
Hud Suresi, 3. Ayet:
«Və öz Rəbbinizdən bağışlanmaq istəyəsiniz, sonra (tövbə edərək) Ona tərəf qayıdasınız ki, sizi müəyyən müddətədək (dünya həyatının) gözəl bəhrələrindən bəhrələndirsin və hər bir fəzilət sahibinə öz dəyərini (hər bir kamal sahibinə kamalına uyğun olaraq onun dünya və axirət kamilliklərinin mükafatını) əta etsin. Və əgər üz
döndərsəniz,
şübhəsiz, mən sizin üçün böyük günün əzabından qorxuram.»...
Hud Suresi, 57. Ayet:
«Beləliklə, əgər üz
döndərsəniz,
(bilin ki,) mən (çatdırılması) üçün göndərildiyim şeyi sizə çatdırdım. Və mənim Rəbbim (tezliklə sizi həlak edəcək və) sizin yerinizə sizdən başqa bir qövmü canişin edəcəkdir. Ona heç bir ziyan vura bilməzsiniz. Şübhəsiz, mənim Rəbbim hər bir şeyi qoruyandır»....
Maidə Suresi, 92. Ayet:
Elə isə Allaha itaət edin, peyğəmbərə itaət edin və Allaha qarşı gəlməkdən çəkinin. Əgər üz
döndərsəniz,
bilin ki, elçimizin öhdəsinə düşən ancaq və ancaq açıq-aşkar təbliğdir....
Ali-İmran Suresi, 32. Ayet:
De: "Allaha və peyğəmbərə itaət edin! Əgər üz
döndərsəniz,
(bilin ki,) Allah, həqiqətən, kafirləri sevmir....
Maidə Suresi, 92. Ayet:
Allaha itaət edin, peyğəmbərə itaət edin və ehtiyatlı olun. Əgər üz
döndərsəniz,
bilin ki, peyğəmbərimizin vəzifəsi ancaq açıq bəyan etməkdir....
Nur Suresi, 54. Ayet:
De: "Allaha itaət edin, peyğəmbərə itaət edin! Əgər üz
döndərsəniz,
(bilin ki,) onda onun üzərindəki [xəbərdarlıq] özü üçün, sizin də üzərinizdəki [itaət] özünüz üçündür. Əgər ona itaət etsəniz, düz yolla gedərsiniz. Peyğəmbərin üzərinə isə ancaq aydın bəyan etmək düşür"....
Fəth Suresi, 16. Ayet:
Arxada qalan bədəvi ərəblərə de: "Siz böyük gücə malik adamların üzərinə getməyə [döyüşə] çağırılacaqsınız. Siz onlarla vuruşacaqsınız, ya da onlar müsəlman olacaqlar. Əgər siz (əmrə) itaət etsəniz, Allah gözəl bir mükafat verər. Əgər əvvəllər üz döndəndiyiniz kimi üz
döndərsəniz,
O, sizə üzücü bir əzab verər."...
Tövbə Suresi, 3. Ayet:
Və "ən böyük həcc" günündə, həqiqətən Allahın və Onun Elçisinin şərik qoşan kəslərlə [heç bir] əlaqəsinin olmadığına dair Allahdan və Elçisindən insanlara bir bildiriş: "Əgər səhv[iniz]dən dönsəniz, bu sizin üçün xeyirlidir. Və əgər üz
döndərsəniz,
o zaman bilin ki, həqiqətən Allahı aciz qoya bilməzsiniz." Kafirləri [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəsləri] də ağrılı-acılı bir əzabla müjdələ! ...
Hud Suresi, 3. Ayet:
Və Rəbbinizdən əfv diləyin, sonra da Ona tövbə edin ki, sizi müəyyən bir müddətin sonuna qədər yaxşıca bəhrələndirsin. Və hər fəzilət sahibinə nemətlərini versin. Və əgər üz
döndərsəniz,
mən sizin əleyhinizə olan böyük bir günün əzabından qorxuram. ...
Hud Suresi, 57. Ayet:
Buna baxmayaraq, yenə də üz
döndərsəniz,
mən sizə nə ilə göndərilmişəmsə, bax onu təbliğ etdim. Və mənim Rəbbim, başqa bir qövmü sizin yerinizə gətirər. Və siz Ona heç bir şəkildə və heç bir yolla zərər verə bilməzsiniz. Heç şübhəsiz ki, Rəbbim, hər şeyi qoruyub hifz edəndir."...
Nur Suresi, 54. Ayet:
De ki: "Allaha itaət edin, Elçiyə itaət edin." Əgər üz
döndərsəniz,
bilin ki, onun öhdəsində olan [borc], yalnız ona tapşırılandır. Sizin öhdənizdəki də [sizin borcunuz da] sizə tapşırılandır. Əgər Elçiyə itaət etsəniz, yönləndirildiyiniz doğru yola daxil olarsınız. Elçinin öhdəsində olan da, yalnız açıq-aşkar təbliğ etməkdir....
Məhəmməd Suresi, 38. Ayet:
Siz, Allah yolunda xərcləməyə dəvət edilən kəslərsiniz. Belə olduğu halda, içinizdən bəziləri xəsislik edir. Və kim xəsislik etsə, öz mənliyindən [özünə qarşı] xəsislik edər. Və Allah zəngin, siz isə yoxsulsunuz. Əgər siz üz
döndərsəniz,
Allah sizin yerinizə başqa bir qövm gətirər. Sonra onlar, sizin kimi olmazlar [sizə oxşamazlar]....
Fəth Suresi, 16. Ayet:
Bədəvi ərəblərdən, geridə qoyulanlara de ki: "Siz tezliklə çox güclü bir qövmə qarşı çağırılacaqsınız, onlarla vuruşacaqsınız, yaxud onlar müsəlman olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. Amma əvvəl üz döndərdiyiniz kimi yenə üz
döndərsəniz,
sizə ağrılı-acılı bir əzab verər."...
Təğabun Suresi, 12. Ayet:
Və Allaha itaət edin, Elçiyə də itaət edin. Üz
döndərsəniz,
bilin ki, Elçimizin öhdəsinə düşən açıq-aşkar bir təbliğdir....