Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ali-İmran Suresi, 13. Ayet:
(Bədr
döyüşündə
) iki dəstənin qarşı-qarşıya gəlməsində sizin üçün bir ibrət vardır. Biri Allah yolunda vuruşan dəstə, digəri isə gözləri ilə onları (möminləri özlərinin) ikiqatı görən kafirlər dəstəsi idi. Allah dilədiyi kimsəni köməyi ilə dəstəkləyər. Şübhəsiz ki, bunda, bəsirət sahibləri üçün bir ibrət vardır....
Ali-İmran Suresi, 128. Ayet:
(Ey Rəsulum!) Bu işdə sənin edəcəyin bir şey yoxdur. Allah ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar həqiqətən, zalımlardır. (Buxarinin nəql etdiyi bir rəvayətə görə Ühüd
döyüşündə
Həzrət Peyğəmbər (s.ə.s) yaralandığı zaman o: “Özlərinə göndərilmiş bir peyğəmbəri yaralayan bir qövm necə xilas ola bilər?”, - demişdi. Ona görə də yuxarıdakı ayə nazil olmuşdur. Bu ayədə, kafirlər haqqındakı hökmün məhz Allah tərəfindən veriləcəyi bildirilmişdir.)...
Ali-İmran Suresi, 139. Ayet:
Ruhdan düşməyin və kədərlənməyin! Əgər inanırsınızsa, üstün olan sizsiniz! (Bu ayə müsəlmanların Ühüd
döyüşündə
ki məğlubiyyətlərindən sonra onların ümidsizliyə düşməmələri üçün bir xəbərdarlıq mahiyyətində olub, güclü bir imanla gələcəkdə çoxlu zəfərlər əldə edə biləcəklərini bildirir.)...
Ali-İmran Suresi, 140. Ayet:
Əgər siz (Ühüd
döyüşündə
) bir yara almışsınızsa, o biri (kafir olan) dəstə də (Bədr
döyüşündə
) buna bənzər bir yara almışdı. Bu günləri insanlar arasında növbə ilə dəyişdiririk (bəzən bu dəstəyə, bəzən də o biri dəstəyə zəfər nəsib edirik) ki, Allah iman gətirənləri (digərlərindən) ayırd etsin və içərinizdən şahidlər tutsun. Allah zülm edənləri sevməz....
Ali-İmran Suresi, 144. Ayet:
Mühəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişlər. İndi o ölsə, yaxud öldürülsə, geri (əvvəlki dininizəmi) dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirmiş olmaz. Allah şükür edənləri mükafatlandıracaqdır. (Ühüd
döyüşündə
Abdullah ibn Qamiə adlı bir müşrikin atdığı daş nəticəsində Həzrət Peyğəmbərin (s.ə.s.) bir dişi qırılmış və üzü yaralanmışdı. Bu müşrikin: “Mühəmmədi öldürdüm!” – deyərək qışqırmasını eşidənlər: “Mühəmməd öldürüldü!” – deyə xəbər yaydıla...
Ali-İmran Suresi, 155. Ayet:
Həqiqətən, şeytan (Ühüd
döyüşündə
) iki ordu qarşılaşdığı gün sizi qoyub gedənləri, qazandıqları bəzi şeylərə (xətalarına) görə azdırmaq istəmişdi. Allah onları bağışlamışdır. Həqiqətən, Allah bağışlayandır, həlimdir....
Ali-İmran Suresi, 165. Ayet:
(Bədr
döyüşündə
düşmənin başına) ikiqat müsibət gətirdiyiniz halda, sizin başınıza (Ühüd
döyüşündə
) bir müsibət gəldiyi zaman: “Bu haradan (gəldi)?” - dediniz. De: “O, sizin özünüzdəndir (öz xətanız ucbatındandır)”. Həqiqətən, Allah hər şeyə qadirdir. (Bədr
döyüşündə
müsəlmanlar müşriklərdən yetmiş nəfəri öldürüb yetmiş nəfəri də əsir götürmüşdülər. Ühüd
döyüşündə
isə müsəlmanlardan yetmiş nəfər şəhid olmuşdu. Ayədəki müsibət ifadəsi ilə bu hadisəyə işarə edilmişdir. Eyni zamanda bu müsibətin, p...
Ənfal Suresi, 5. Ayet:
Necə ki, Rəbbin səni haqq uğrunda evindən çıxartmışdı. Halbuki, bu, möminlərdən bir dəstənin heç xoşuna gəlməmişdi. (Bədr
döyüşündə
n sonra müsəlmanların bir qismi ələ keçirilmiş qənimətlərin bölgüsündə narazılıq etmişdilər. Bəziləri də Bədr döyüşü üçün məşvərət edilərkən döyüşmək yerinə Məkkəlilərə aid karvanı ələ keçirməyi təklif etmişdilər.)...
Ənfal Suresi, 6. Ayet:
Həqiqət ortaya çıxdıqdan sonra, ölümə sürüklənirlərmiş kimi (narazıçılıq içində) baxaraq onun barəsində səninlə mübahisə edirlər. (Bədr
döyüşündə
n əvvəl müsəlmanlardan bəziləri Həzrət Peyğəmbərin yanına gələrək döyüş barəsində onunla mübahisə etmiş və belə demişdilər: “Biz karvanı ələ keçirmək üçün yola çıxmışdıq. Əgər döyüşə getdiyimizi bilsəydik, bunun üçün hazırlıq görərdik”. Yuxarıdakı ayədə, onların həddindən artıq ölümdən qorxduqları üçün bu şəkildə mübahisə etdiklərinə işarə olunmuşdur.)...
Ənfal Suresi, 9. Ayet:
(Xatırlayın ki,) o zaman siz Rəbbinizdən yardım diləmişdiniz. O da: “Mən sizə, bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm!” – deyə sizin duanızı qəbul etmişdi. (Həzrət Peyğəmbər Bədr
döyüşündə
səhabələrin az, müşriklərin isə çox olduğunu görən zaman qibləyə yönələrək əllərini uzatmış və dua etmişdi. Allah-Təala da onun duasını qəbul etmiş və min mələklə ona yardım etmişdi.)...
Ənfal Suresi, 11. Ayet:
O zaman Allah Öz dərgahından arxayınlıq olsun deyə sizi mürgülətmişdi. O sizi təmizləmək, şeytanın vəsvəsəsini sizdən uzaqlaşdırmaq, qəlbinizi bir-birinə bağlamaq və (müharibədə) ayaqlarınızı möhkəmləndirmək üçün göydən üstünüzə yağış yağdırırdı. (Bədr
döyüşündə
Qüreyş ordusu Müsəlmanlardan əvvəl gəlib Bədrdəki su quyularının ətrafında yerləşmişdi. Buna görə də Allah-Təalanın yağış yağdırması ilə həm müsəlmanların qəlblərindəki vəsvəsələr getdi, həm də əhvali-ruhiyyələri yüksəldi.)...
Ənfal Suresi, 17. Ayet:
(Döyüşdə) Onları siz öldürmədiniz, lakin Allah onları öldürdü. Atdığın zaman sən atmadın, lakin Allah atdı. Allah bunu, möminləri yaxşı bir imtahanla sınamaq üçün etdi. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir. (Bədr
döyüşündə
Qüreyş ordusu müsəlmanlara hücum etdiyi bir vaxtda Həzrət Peyğəmbər əllərini açaraq dua etmiş və sonra yerdən bir ovuc torpaq götürərək düşmənlərin olduğu istiqamətə sərpmişdi. Bunun nəticəsində onların gözləri tutulmuş və beləcə məğlub olmuşdular. Yuxarıdakı ayədə ...
Ənfal Suresi, 19. Ayet:
(Ey kafirlər!) Əgər siz qələbə (hökm) istəyirsinizsə, artıq sizə qələbə (hökm) gəlmişdir. Əgər (küfrdən) əl çəksəniz, bu sizin üçün daha xeyirli olar. Əgər təkrar (peyğəmbərə qarşı düşmənçiliyə) qayıtsanız, Biz də (ona yardım etmək üçün) qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizi heç cür müdafiə edə bilməz. Çünki Allah möminlərlə bərabərdir. (Məkkəli müşriklər Bədr
döyüşündə
müsəlmanlardan sayca üstün olduqlarına arxalanaraq qalib gələcəklərini və Mədinəyə girərək müsəlmanları məhv edəcəklər...
Ənfal Suresi, 42. Ayet:
O zaman (Bədr
döyüşündə
) siz vadinin ən yaxın tərəfində (Mədinə tərəfdə), onlar da ən uzaq tərəfində (Məkkə tərəfdə) idilər. Karvan isə sizdən daha aşağıda (dəniz sahilində) idi. Əgər (döyüş üçün) sözləşmiş olsaydınız, təyin edilən vaxt barəsində mütləq ixtilafa düşərdiniz. Ancaq Allah olacaq işi yerinə yetirmək, həlak olanın açıq bir dəlillə həlak olması, sağ qalanın da açıq bir dəlillə sağ qalması üçün belə etdi. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir....
Ənfal Suresi, 67. Ayet:
Yer üzündə (kafirləri) zəiflədənə qədər əsirlərə sahib olmaq heç bir peyğəmbərə yaraşmaz. Siz fani dünya malını istəyirsiniz, Allah isə (sizin üçün) axirəti istəyir. Allah qüdrətlidir, hikmət sahibidir. (Bəd
döyüşündə
müsəlmanlar yetmiş əsir tutmuş və bu əsirlərin müəyyən qədər fidyə müqabilində azadlığa buraxılmalarını qərarlaşdırmışdılar. Bu qərardan sonra yuxarıdakı ayə nazil olmuşdur. Müharibədə hədəf zəfər qazanmaqdır. Fidyə müqabilində azad etmək məqsədilə düşmən əsgərlərini əsir tutmaqla ...
Nəhl Suresi, 126. Ayet:
Cəza verəcəyiniz təqdirdə, sizə verilən cəzanın misli ilə cəza verin! Əgər səbir etsəniz, əlbəttə, bu, səbir edənlər üçün daha xeyirlidir. (Təfsirlərdə qeyd olunan rəvayətə görə, Həzrət Peyğəmbər Ühüd
döyüşündə
müşriklər tərəfindən əmisi Həzrət Həmzənin burnu və qulaqlarının kəsilmiş, ciyərinin çıxarılmış olduğunu görən zaman: “Allaha and olsun ki, əgər Allah mənə zəfər bəxş edərsə, sənin yerinə yetmiş nəfəri belə edəcəyəm!” - deyə and içmişdi. Buna görə də yuxarıdakı ayə nazil oldu. Həzrət Pey...
Səba Suresi, 51. Ayet:
Kaş onları qorxduqları zaman görəydin! Artıq (Bizdən) qurtuluş yoxdur. Onlar yaxın bir yerdə yaxalandılar. (Təfsirlərdə kafirlərin qorxduqları zaman “ölüm anı”, “qəbirdən dirilib qalxma zamanı” və ya “Bədr döyüşünün olduğu vaxt” kimi izah edilmişdir. Yaxın bir yerdə yaxalanmaları da, “torpaqdan məzara”, “məhşər yerindən cəhənnəmə”, yaxud “Bədr
döyüşündə
n sonra Bədr quyularının yanına aparılmaları” kimi izah edilmişdir.)...
Zümər Suresi, 40. Ayet:
Rüsvayedici əzab kimə gələcək və daimi əzab kimə nazil olacaq”. (Təfsirçilərə görə, müşriklərin rüsvayedici əzaba düçar olmaları Bədr
döyüşündə
ki məğlubiyyətləridir. Daimi əzab isə cəhənnəm əzabıdır.)...
Həşr Suresi, 15. Ayet:
Onlar özlərindən bir müddət əvvəl etdiklərinin cəzasını dadmış kimsələrə bənzəyirlər. Onlar üçün acı bir əzab vardır. (Bu ayədə yəhudilər özlərindən qısa bir müddət əvvəl Bədr
döyüşündə
məğlub olan müşriklərə bənzədilmişlər.)...
Əhzab Suresi, 26. Ayet:
Allah kitab əhlindən olub onlara (müşriklərə) yardım edənləri qalalarından endirdi və qəlblərinə qorxu saldı. Siz onların bir qismini öldürür, bir qismini də əsir götürürdünüz. (Bu ayədə, Xəndək
döyüşündə
müsəlmanlara xəyanət edib müşriklərlə əlbir olan Bəni-Qüreyzə adlı yəhudi qəbiləsinə işarə olunur. Xəndək
döyüşündə
ki qələbədən sonra müsəlmanlar onların məskunlaşdığı qalaya hücum etdilər və iyirmi beş günlük mühasirədən sonra qalanı ələ keçirdilər.)...
Tövbə Suresi, 48. Ayet:
Onlar əvvəl də (Ühüd
döyüşündə
) fitnə törətmək istəmiş və sənin üçün bir para işləri alt-üst etmişdilər. Nəhayət, onlar istəmədikləri halda, haqq gəldi və Allahın əmri zahir oldu....
Tövbə Suresi, 74. Ayet:
(Münafiqlər) Allaha and içirlər ki, (Peyğəmbər haqqında nalayiq sözlər) deməyiblər. (And olsun ki) onlar küfr sözünü demiş, islamı (zahirən) qəbul etdikdən sonra kafir olmuş, müvəffəq ola bilmədikləri bir işə (Təbuk
döyüşündə
n qayıdarkən Peyğəmbərə qarşı hazırladıqları sui-qəsdə) girişmişdilər. (Münafiqlərin Peyğəmbərə və möminlərə qarşı) kin-küdurət bəsləmələrinin səbəbi yalnız Allahın və Peyğəmbərinin Öz nemətləri ilə onları varlandırmasıdır. Bununla belə, əgər (ikiüzlülüklərindən və digər yar...
Tövbə Suresi, 81. Ayet:
(Təbuk
döyüşündə
iştirak etməyib) arxada qalanlar (münafiqlər) Allahın Rəsuluna qarşı çıxaraq (evdə) oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (möminlərə): “Bu istidə döyüşə çıxmayın!” – dedilər. (Ya Peyğəmbərim!) De: “Cəhənnəm odu daha istidir!” Kaş biləydilər!...
Tövbə Suresi, 83. Ayet:
Əgər (Təbuk
döyüşündə
n sonra) Allah səni (Mədinədə qalıb cihada çıxmayan münafiqlərdən) bir dəstənin yanına qaytarsa və onlar səndən (döyüşə çıxmaq üçün) izin istəsələr, de: “Mənimlə əsla (cihada) çıxmayacaq, mənimlə birlikdə heç vaxt heç bir düşmənə qarşı döyüşməyəcəksiniz. Çünki əvvəlcə (evdə) oturmağa razı oldunuz. İndi də arxada qalanlarla (qadınlar və uşaqlarla) birlikdə (evdə) oturun!”...
Tövbə Suresi, 118. Ayet:
Həmçinin (Təbuk
döyüşündə
n) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir!...
Şüəra Suresi, 6. Ayet:
Onlar (Quranı) yalan hesab etdilər. Onların istehza etdiklərinin (Quranın müşriklərə veriləcək əzab barəsindəki) xəbərləri gəlib onlara çatacaqdır. (Qiyamət günü, yaxud Bədr
döyüşündə
büsbütün məyus olacaqlar)....
Ali-İmran Suresi, 13. Ayet:
(Bədir
döyüşündə
) vuruşan iki dəstə sizin üçün bir ibrət olmuşdur. Bir dəstə Allah yolunda döyüşür və digəri kafir olan (dəstə) onları öz gözləri ilə özlərinin ikiqatı qədər görürdülər. Allah dilədiyini öz yardımı ilə dəstəkləyər. Şübhəsiz ki, bunda Üluləbsar (bəsirət sahibləri) üçün mütləq ibrət vardır....
Ali-İmran Suresi, 123. Ayet:
And olsun ki, Bədir
döyüşündə
siz (say və silah baxımından) daha zəif bir halda ikən, Allah sizə kömək etdi. Artıq Allaha qarşı təqva sahibi olun. Ola bilsin ki, beləcə siz şükür edərsiniz!...
Ali-İmran Suresi, 140. Ayet:
Əgər siz (Uhud
döyüşündə
) yara almışsınızsa, o (düşmən) qövm də bu cür yara almışdı. Biz bu günləri (qalibiyyəti və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevmir....
Ənfal Suresi, 6. Ayet:
Səninlə o haqq iş (Bədr döyüşünə getmək) barəsində (onun məsləhətə uyğun olması və Allahın onda olan köməyi) aydın olduqdan sonra, mübahisə edirdilər (ki, bu cihad
döyüşündə
qüvvələr bərabər deyildir). (Onlar elə qorxu və vəhşət içində idilər ki,) sanki gözləri baxa-baxa ölümə tərəf sürüklənirdilər!...
Ənfal Suresi, 19. Ayet:
(Ey Bədr
döyüşündə
n qabaq «tərəflərdən kim haqdırsa, qoy Allah onu qalib etsin!» deyən müşriklər,) əgər siz (haqq olan tərəfin) qələbə (çalmasını) istəyirsinizsə, istəyinizə uyğun olan qələbə gəldi (odur ki, təslim olun). Əgər (dava və düşmənçilikdən) əl çəksəniz, bu sizin üçün daha yaxşıdır. Əgər (döyüşə) qayıtsanız, biz də (möminlərə köməyə və sizi əzməyə) qayıdacağıq və sizin dəstəniz hər nə qədər çox olsa da, sizdən (Allahın əzabından) heç bir şeyi dəf etməyəcəkdir. (Bilin ki,) Allah həmişə ...
Tövbə Suresi, 94. Ayet:
Siz (Təbuk
döyüşündə
n) onların yanına qayıdanda onlar (döyüşə getmədiklərinə görə) sizə bəhanə gətirərlər. De: «Heç bir bəhanə gətirməyin ki, sizə əsla inanmayacağıq. Həqiqətən Allah bizi sizin xəbərlərinizdən agah etmişdir. Sizin əməllərinizi (gələcəkdə tövbə edəcəyinizi, yoxsa öz küfrünüzdə qalacağınızı) tezliklə Allah və Onun Peyğəmbəri görəcəklər. Sonra gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə O sizi etdiklərinizdən xəbərdar edəcəkdir....
Əhzab Suresi, 9. Ayet:
Ey iman gətirənlər, (Əhzab
döyüşündə
müxtəlif ərəb qəbilələrindən olan çoxlu) qoşunlar sizə üz tutduqları zaman Allahın sizə olan nemətini yada salın! Biz onların üzərinə (soyuq və güclü) külək və sizin görmədiyiniz (mələklərdən ibarət) qoşunlar göndərdik. Hər zaman Allah etdiklərinizi görəndir....
Tövbə Suresi, 25. Ayet:
Allah sizə bir çox yerlərdə, (o cümlədən) Hüneyn
döyüşündə
kömək göstərdi. O zaman sayca çoxluğunuz özünüzü valeh etmişdi. Lakin bu sizə bir fayda vermədi. Yer üzü nə qədər geniş olsa da sizə dar gəldi. Sonra da siz arxaya dönüb qaçdınız....