Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ali-İmran Suresi, 13. Ayet:
(Bədr
döyüşündə)
iki dəstənin qarşı-qarşıya gəlməsində sizin üçün bir ibrət vardır. Biri Allah yolunda vuruşan dəstə, digəri isə gözləri ilə onları (möminləri özlərinin) ikiqatı görən kafirlər dəstəsi idi. Allah dilədiyi kimsəni köməyi ilə dəstəkləyər. Şübhəsiz ki, bunda, bəsirət sahibləri üçün bir ibrət vardır....
Ali-İmran Suresi, 140. Ayet:
Əgər siz (Ühüd
döyüşündə)
bir yara almışsınızsa, o biri (kafir olan) dəstə də (Bədr
döyüşündə)
buna bənzər bir yara almışdı. Bu günləri insanlar arasında növbə ilə dəyişdiririk (bəzən bu dəstəyə, bəzən də o biri dəstəyə zəfər nəsib edirik) ki, Allah iman gətirənləri (digərlərindən) ayırd etsin və içərinizdən şahidlər tutsun. Allah zülm edənləri sevməz....
Ali-İmran Suresi, 155. Ayet:
Həqiqətən, şeytan (Ühüd
döyüşündə)
iki ordu qarşılaşdığı gün sizi qoyub gedənləri, qazandıqları bəzi şeylərə (xətalarına) görə azdırmaq istəmişdi. Allah onları bağışlamışdır. Həqiqətən, Allah bağışlayandır, həlimdir....
Ali-İmran Suresi, 165. Ayet:
(Bədr döyüşündə düşmənin başına) ikiqat müsibət gətirdiyiniz halda, sizin başınıza (Ühüd
döyüşündə)
bir müsibət gəldiyi zaman: “Bu haradan (gəldi)?” - dediniz. De: “O, sizin özünüzdəndir (öz xətanız ucbatındandır)”. Həqiqətən, Allah hər şeyə qadirdir. (Bədr döyüşündə müsəlmanlar müşriklərdən yetmiş nəfəri öldürüb yetmiş nəfəri də əsir götürmüşdülər. Ühüd döyüşündə isə müsəlmanlardan yetmiş nəfər şəhid olmuşdu. Ayədəki müsibət ifadəsi ilə bu hadisəyə işarə edilmişdir. Eyni zamanda bu müsibətin, p...
Ənfal Suresi, 42. Ayet:
O zaman (Bədr
döyüşündə)
siz vadinin ən yaxın tərəfində (Mədinə tərəfdə), onlar da ən uzaq tərəfində (Məkkə tərəfdə) idilər. Karvan isə sizdən daha aşağıda (dəniz sahilində) idi. Əgər (döyüş üçün) sözləşmiş olsaydınız, təyin edilən vaxt barəsində mütləq ixtilafa düşərdiniz. Ancaq Allah olacaq işi yerinə yetirmək, həlak olanın açıq bir dəlillə həlak olması, sağ qalanın da açıq bir dəlillə sağ qalması üçün belə etdi. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir....
Tövbə Suresi, 48. Ayet:
Onlar əvvəl də (Ühüd
döyüşündə)
fitnə törətmək istəmiş və sənin üçün bir para işləri alt-üst etmişdilər. Nəhayət, onlar istəmədikləri halda, haqq gəldi və Allahın əmri zahir oldu....
Ali-İmran Suresi, 13. Ayet:
(Bədir
döyüşündə)
vuruşan iki dəstə sizin üçün bir ibrət olmuşdur. Bir dəstə Allah yolunda döyüşür və digəri kafir olan (dəstə) onları öz gözləri ilə özlərinin ikiqatı qədər görürdülər. Allah dilədiyini öz yardımı ilə dəstəkləyər. Şübhəsiz ki, bunda Üluləbsar (bəsirət sahibləri) üçün mütləq ibrət vardır....
Ali-İmran Suresi, 140. Ayet:
Əgər siz (Uhud
döyüşündə)
yara almışsınızsa, o (düşmən) qövm də bu cür yara almışdı. Biz bu günləri (qalibiyyəti və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevmir....