Əhzab Suresi, 35. Ayet: Həqiqətən də müsəlman kişi və qadınlar, mömin kişi və qadınlar, vaxtını ibadətdə keçirən kişi və qadınlar, (imanına) sadiq kişi və qadınlar, səbrli kişi və qadınlar, (Allahdan) vahiməyə düşən kişi və qadınlar, sədəqə verən kişi və qadınlar, oruc tutan kişi və qadınlar, öz ismətini qoruyub saxlayan kişi və qadınlar, Allahı çox zikr edən kişi və qadınlar - Allah onlar üçün bağışlanma və böyük mükafat hazırlamışdır....
Bəqərə Suresi, 259. Ayet: Və bəzi kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin] halı da, evlərinin damları çökmüş bir şəhərə yolu düşən kimsə kimidir. O kimsə, "Bunu, bu ölümdən sonra Allah necə dirildəcək ?!" deyərək inanmadığını göstərdi. Belə olduqda, Allah onu yüz il öldürdü, sonra diriltdi. Allah, "Nə qədər qaldın?" dedi. O, "Bir gün yaxud bir günün bir hissəsi qədər qaldım" dedi. Allah, "Əksinə, sən yüz il qaldın, belə olduğu halda, yeməyinə-içməyinə bax, hələ xarab olmayıb, uzunqulağına də ...
Şura Suresi, 48. Ayet: Buna baxmayaraq, əgər onlar üz çevirirlərsə, bilsinlər ki, Biz səni onların üzərinə bir gözətçi olaraq göndərmədik. Sənə düşən, sadəcə, təbliğdir. Və Biz şübhəsiz ki, insana tərəfimizdən bir mərhəmət daddırdığımız zaman, ona sevindi. Əgər əlləri ilə etdikləri üzündən özlərinə bir pislik isabət edərsə də, o zaman görərsən ki, şübhəsiz, o insan çox nankordur....