Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ali-İmran Suresi, 159. Ayet:
Allahın mərhəməti sayəsində onlarla yumşaq rəftar etdin. Əgər kobud və daş ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Ona görə də onları əfv et və onların bağışlanmaları üçün dua et. (Müəyyən
dünyəvi
) işlərdə onlarla məsləhətləş. Qəti qərara gəldiyin zaman isə Allaha təvəkkül et. Əlbəttə, Allah təvəkkül edənləri sevər. (Yuxarıdakı ayədən də görüldüyü kimi, İslam dini, müsəlmanların rəhbəri Həzrət Peyğəmbər (s.ə.s.) olsa da, ümmət üçün idarəçilikdə məsləhət və məşvərət m...
Ənbiya Suresi, 93. Ayet:
(Ancaq insanlar) öz aralarında (dini və
dünyəvi
) işlərin birliyini pozdular. Hamısı Bizə dönəcək....
İnşirah Suresi, 7. Ayet:
Elə isə (
dünyəvi
işlərini) qurtardığın zaman (Allaha ibadət etmək üçün) qalx!...
Hud Suresi, 15. Ayet:
Kim (axirətdən vaz keçib) dünyanı və onun bərbəzəyini istəyirsə, Biz ona əməllərinin əvəzini (sağlamlıq, sərvət, övlad, gözəl yaşayış) elə orada (dünyada) verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. (Dünyada yaxşı işlər görüb etiqadı olmayan şəxsə axirətdə
dünyəvi
əməlləri heç bir fayda verməz. Çünki Allah ona dünyadakı yaxşı əməllərinin əvəzini elə dünyanın özündə verər)....
Maidə Suresi, 97. Ayet:
Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni haram ayı (zülhiccəni), (Kəbəyə gətirilən) boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmamış və taxılmış) qurbanları insanların (dini və
dünyəvi
işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilən olmasını siz də biləsiniz!...
Həcc Suresi, 33. Ayet:
Sizin üçün (qurbanlıq heyvanlarda) müəyyən bir vaxta qədər mənfəət vardır. (Kəsilənə qədər onları minər, südünü içər, yunundan istifadə edərsiniz). Sonra onların gətirilib kəsiləcəyi yer (Mina) qədim ev (Kəbə) istiqamətindədir. (Yaxud həcc əməllərini yerinə yetirməkdə sizin üçün qiyamətə qədər mənfəət vardır. Həcc günləri Kəbəyə toplanar, bütün müsəlmanlara lazım olan dini və
dünyəvi
məsələlər barəsində məsləhət-məşvərət edərsiniz)....
Həcc Suresi, 36. Ayet:
Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik. Sizin üçün bu qurbanlarda (dini və
dünyəvi
) xeyir vardır. Artıq onları ayaq üstə durduqları (sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə olduqları) halda kəsərkən üstlərində Allahın adını çəkin (bismillah deyin). Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə etiraz etməyənə) və dilənçiyə də yedirdin. Onları (qurba...
Ənbiya Suresi, 10. Ayet:
Həqiqətən, sizə (Qüreyş əhlinə) elə bir Kitab nazil etdik ki, o sizdən ötrü bir şərəfdir. (O sizin qədir-qiymətinizi yüksəldər, dini və
dünyəvi
ehtiyaclarınızı aradan qaldırar, ürəkdən inananlara behişt yolunu göstərər. Halal-haramı daim möminlərin yadına salar). Məgər dərk etmirsinizmi?...
Müzzəmmil Suresi, 7. Ayet:
Çünki gündüz (ya Peyğəmbər!) sənin uzun-uzadı davam edən (
dünyəvi
) işlərin vardır. (Gündüz insanın işi çox olur, məişət işləri hardasa onu ibadətdən bir qədər yayındırır. Gecə isə insan rahatlaşır, heç kəs ona mane olmur. İnsan öz daxilinə qapılıb Rəbbi ilə tək qalır, qulaq qəlbə daha yaxın olur. Buna görə də gecə ibadət etmək çətin olsa da, daha məqsədəuyğundur)....
Bəqərə Suresi, 75. Ayet:
(Siz müsəlmanlar) onların (yəhudilərin) sizə (sizin dininizə) iman gətirmələrinə göz dikirsiniz, halbuki, onların bir dəstəsi (onların alimlərinin bəziləri, tarix boyu) Allahın kəlamını eşidir, lakin barəsində düşünüb başa düşdükdən sonra (öz
dünyəvi
məqsədlərinə görə) onu bilərəkdən (işlərinin çirkinliyini bilə-bilə) təhrif edirdilər....
Bəqərə Suresi, 189. Ayet:
Səndən yeni doğan aylar (və onun şəklinin para vəziyyətdən bütöv vəziyyətə kimi dəyişməsinin hikməti) barəsində soruşurlar. De: «Onlar, insanların (
dünyəvi
işlərinin) vaxtlarının və Həccin (eləcə də, dəqiq vaxta malik digər dini əməllərin vaxtının) müəyyən edilməsi üçün vasitə (təbii təqvim)dir. Həmçinin yaxşılıq evlərə (cahiliyyət dövründə olduğu kimi) onların arxa tərəfindən daxil olmağınız deyil (cahiliyyət dövründə adət belə idi və ehram geyimində olan şəxs öz evinə giriş qapısından deyil, d...
Ənfal Suresi, 41. Ayet:
Əgər Allaha və (haqqın batildən) ayrılıq günü – o iki dəstənin (müsəlmanlarla müşriklərin Bədr müharibəsində) toqquşduğu gün Öz bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin, (kafirlərlə döyüşdən və ya hər hansı bir qazanc vasitəsilə ilə) əşya və mallardan nə qənimət əldə etsəniz, onda, şübhəsiz onun beşdə biri Allahın, Onun Peyğəmbərinin, Peyğəmbərin qohumunun, yetimlərin, yoxsulların və yolda (İslam və müsəlmanlar üçün lazım olan hər bir dini və
dünyəvi
hədəf yolunda) qalanlarındır. (A...
Yunus Suresi, 46. Ayet:
Və əgər onlara vəd etdiklərimizin bəzisini (onların
dünyəvi
cəzalarını) sənə göstərsək, yaxud sənin ruhunu (ondan qabaq) alsaq (qəm yemə, çünki onların axirət cəzalarını görəcəksən, ona görə ki,) onların dönüşü Bizə tərəfdir. Sonra Allah onların etdiklərinə şahiddir....
Rəd Suresi, 40. Ayet:
Əgər onlara vəd etdiklərimizin (
dünyəvi
cəzaların) bir qismini sənə göstərsək, yaxud (ondan qabaq) sənin canını alsaq, sənin vəzifən (onların əzabını görmək deyil) yalnız tapşırığı çatdırmaqdır və (imana məcbur etmək və hər təklifi qəbul etmək deyil) hesab çəkmək (və cəzalandırmaq) Bizim öhdəmizədir....
İbrahim Suresi, 18. Ayet:
Özlərinin Rəbbinə kafir olanların hallarının təsviri belədir: Onların (xeyir) əməlləri tufanlı bir gündə üzərindən şiddətli bir külək əsən (və hamısı sovrulub dağılmış) kül kimidir. Onlar kəsb etdiklərindən bir şey (
dünyəvi
nəticələr, mənəvi təsirlər və axirət mükafatları) əldə etməzlər. Budur həmin uzun-uzadı zəlalət!...
Nəhl Suresi, 15. Ayet:
Və yer (zəlzələ ilə və öz oxu və günəş ətrafındakı hərəkətinin pozulması nəticəsində) sizi titrəməsin deyə, onda möhkəm və sabit dağlar saldı. Və həmçinin çayları və yolları bəlkə (
dünyəvi
məqsədlərinizə və Allahın əzəmətinə) yol tapasınız (deyə qoydu)....
Şüəra Suresi, 146. Ayet:
«(Güman edirsiniz ki,) burda olanların içində (şəxsi mühitdə və
dünyəvi
yaşayışda) əmin amanlıqla başlı–başına buraxılacaqsınız?!...
Fussilət Suresi, 3. Ayet:
(Bu,) elm əhli olan bir dəstə üçün ərəbcə bir Qur’an halında ayələri ayrılaraq müfəssəl açıqlanmış (kəlmələri surə və ayələrə bölünmüş və məzmunu dinin hökmləri, axirət təlimləri və
dünyəvi
elmləri əhatə edən) bir kitabdır....
Şura Suresi, 10. Ayet:
Barəsində ixtilafda olduğunuz (dini və
dünyəvi
) mövzuların hökmü Allaha qayıdır. Mənim Rəbbim belə Allahdır. Ona təvəkkül etdim və Ona tərəf qayıdacağam....
Zuxruf Suresi, 10. Ayet:
Həmin O (Allah) ki, yer üzünü sizin üçün (beşik kimi) rahatlanmaq yeri etdi və bəlkə (öz
dünyəvi
hədəflərinizə, tovhid və onun kamilliyinə) hidayət olunasınız deyə sizin üçün onda yollar yaratdı....
Təhrim Suresi, 2. Ayet:
Şübhəsiz, Allah (belə yerlərdə) andlarınızı geri götürməyi sizin üçün qoymuş və caiz etmişdir (ki, əksini etsəniz kəffarə verəsiniz). Allah (dini və
dünyəvi
cəhətdən həmişə) sizin mövlanızdır (haminizdir) və O (hər şeyi) biləndir və hikmət sahibidir....
Ğaşiyə Suresi, 3. Ayet:
Onlar (əbəs yerə) səy edənlər, zəhmətə düşənlərdir. (Onların
dünyəvi
əməlləri axirət əzab-əziyyətinə səbəb olar). Yaxud da axirət əzabının içərisində əziyyət çəkənlərdir....
Ğaşiyə Suresi, 9. Ayet:
Onlar öz (
dünyəvi
) səylərindən razı və xoşnud olacaqlar....
Ənam Suresi, 94. Ayet:
And olsun, sizi ilk dəfə yaratdığımız kimi tək-tək bizim hüzurumuza gəldiniz. Sizə verdiyimiz
dünyəvi
nemətləri də arxanızda qoydunuz. Sizə görə Allahın şərikləri olduğunu zənn etdiyiniz şəfaətçilərinizi də yanınızda görmürük? Artıq aranızdakı bağlar tamamilə qopmuş və (Allahın şəriki olduqlarını) iddia etdikləriniz sizi darda qoyub qeyb olmuşlar....
Məryəm Suresi, 59. Ayet:
Onlardan sonra namazı hədər edən, şəhvət və
dünyəvi
həvəslərin arxasınca düşən bir nəsil gəldi. Onlar bu davranışlarından ötrü böyük bir əzaba düçar olacaqlar....
Müzzəmmil Suresi, 7. Ayet:
Çünki gündüz sənin uzun-uzadı (davam edəcək
dünyəvi
) işlərin vardır....
Şura Suresi, 15. Ayet:
Bax budur, bunun üçün sən dəvət et və sənə əmr edildiyi kimi, dosdoğru ol. Onların boş,
dünyəvi
arzularına uyma və de ki: “Mən, Allahın kitabdan endirdiyinə inandım və mənə aranızda ədaləti həyata keçirmək vəzifəsi əmr olundu. Allah bizim Rəbbimizdir, sizin də Rəbbinizdir. Bizim etdiklərimiz yalnız və yalnız bizə, sizin etdikləriniz də yalnız və yalnız sizə aiddir. Sizinlə bizim aramızda heç bir dəlilə yer yoxdur. Allah bizi bir araya toplayacaqdır. Dönüş də yalnız Onadır. ...