Maidə Suresi, 41. Ayet: Ay rəsul! Səni hüznlü etməsin o kəslər ki,
küfrə can ataraq, dildə: «Biz iman gətirmişik!» deyirlər və onlar
qəlblərində inanmırlar. O kəslərdən ki, hidayət olunublar,
yalana qulaq asanlar, sənin yanına gəlməyən ayrı bir qouma
qulaq asırlar, kəlmələrin mövzusun təhrif edib və deyirlər:
«Əgər bu sizə verilsə, onu qəbul edin və əgər verilməsə,
çəkinin ondan.». O kimi ki, Allah istəyir sınasın, malik deyilsən
onun üçün Allahdan bir şeyə. Həmin onlar o kəslərdir ki, Allah
istəməyib qəlblərin...
Nur Suresi, 61. Ayet: (Xüsusi olaraq) kora, topala, xəstəyə, (ümumilikdə isə) sizin özünüzə (bu on bir evdə:) öz evlərinizdə (övladlarınızın və yaxud həyat yoldaşlarınızın evlərində), atalarınızın evlərində, analarınızın evlərində, qardaşlarınızın evlərində, bacılarınızın evlərində, əmilərinizin evlərində, bibilərinizin evlərində, dayılarınızın evlərində, xalalarınızın evlərində, açarları ixtiyarınızda olan evlərdə və dostlarınızda (onların evlərində) yemək yeməkdə günah yoxdur. (Həmin evlərə) hamılıqla və ya ayrı-ay...
Əraf Suresi, 143. Ayet: Musa, təyin etdiyimiz vaxtda gəldikdə, Rəbbi ona söz dedi. Musa, "Ey Rəbbim! Göstər mənə Özünü, baxım Sənə!" dedi. Rəbbi ona dedi ki: "Məni sən əsla görə bilməzsən, lakin bu dağa bax, əgər o yerində qala bilsə, sən də Məni görəcəksən." Daha sonra Rəbbi dağa təcəlli etdikdə, onu parça-parça etdi, Musa da huşunu itirerek yerə sərildi. Ayılıb özünə gəldikdə: "Sən pak və uzaqsan, Sənə qayıtdım; tövbə etdim və mən, iman gətirənlərin birincisiyəm." dedi....
Əhqaf Suresi, 24. Ayet: Nəhayət onu, vadilərinə doğru gələn geniş bir bulud halında gördükdə: "Hə, bax, bu, bizə yağış gətirəcək bir buluddur!" dedilər, Xeyr, əksinə, o, tezləşdirmək istəyiniz şeyin məhz özü; Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edən, içində ağrılı bir əzab olan küləkdir... ...