Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ali-İmran Suresi, 55. Ayet:
O zaman Allah buyurdu: “Ey İsa, həqiqətən, Mən sənin ruhunu alacağam və səni Öz
dərgahıma
qaldırıb kafirlərdən uzaqlaşdıracağam. Sənə tabe olanları da qiyamət gününə qədər kafirlərdən üstün tutacağam.Sonra qayıdışınız Mənədir və ixtilaf etdiyiniz şeylər barəsində aranızda hökm verəcəyəm!”...
Ali-İmran Suresi, 55. Ayet:
O vaxt Allah buyurdu: “Ya İsa, həqiqətən, Mən sənin ömrünü tamam edib Öz
dərgahıma
qaldırıram, səni kafirlərdən pak edərəm (tərtəmiz ayıraram). Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm. Sonra isə Mənim hüzuruma qayıdacaqsınız. O zaman ixtilaf etdiyiniz məsələlər barəsində aranızda Mən hökm verəcəyəm!...
Ali-İmran Suresi, 55. Ayet:
O zaman Allah dedi: "Ey İsa! Mən sənin ömrünü tamamlayıb Öz
dərgahıma
qaldıracaq, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri qiyamət gününə qədər kafirlər üzərində (qalib) edəcəyəm. Sonra isə siz Mənim hüzuruma qayıdacaqsınız və Mən ixtilafda olduğunuz məsələlər barəsində aranızda hökm verəcəyəm....
Ali-İmran Suresi, 55. Ayet:
Bir vaxt Allah demişdi: "Ey İsa! Şübhəsiz ki, Mən sənə keçmişdə etdiklərini və etməli olduğun halda etmədiklərini bir-bir xatırladanam/səni öldürənəm, səni Öz
dərgahıma
qaldıranam və səni kafirlərdən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərdən] təmizləyənəm. Və sənə tabe olan kəsləri, qiyamətə qədər kafirlərdən [Allah’ın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərdən] üstün edənəm. Sonra qayıdışınız yalnız Mənə olacaq. Sonra da ixtilafa düşdüyünüz şeylərdə aranızda hökm...