Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Yunus Suresi, 15. Ayet:
(Öldükdən sonra) bizimlə qarşılaşacaqlarına ümid etməyənlər özlərinə ayələrimiz açıq-aydın oxunduğu zaman: “Ya bundan başqa bir Quran gətir, ya da onu
dəyişdir!”
- deyirlər. De ki: “Onu özbaşıma dəyişməyim mənə yaraşmaz. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Rəbbimə asi olacağım təqdirdə, həqiqətən, böyük günün əzabından qorxaram”....
Yunus Suresi, 15. Ayet:
(Müşriklərə) ayələrimiz açıq-aydın oxunduğu zaman (qiyamət günü haqq–hesab üçün) Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: “Bundan ayrı bir Quran gətir və ya onu
dəyişdir!”
– deyərlər. Onlara de: “Mən onu özbaşına (istədiyim kimi) dəyişə bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Əgər Rəbbimə asi olsan, (müsibəti) böyük günün (qiyamət gününün) əzabından qorxuram”....
Yunus Suresi, 15. Ayet:
Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər: “Bizə bundan başqa bir Quran gətir və ya onu
dəyişdir!”
De: “Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram”....