Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Həşr Suresi, 2. Ayet:
Kitab əhlindən inkar edənləri (müsəlmanlar qalalarının önündə) ilk toplandıqları zaman yurdlarından çıxardan Odur. Onların çıxacaqlarını zənn etmirdiniz. Onlar da elə zənn edirdilər ki, qalaları özlərini Allahdan qoruyacaqdır. Ancaq Allah (Allahın əzabı) onlara heç gözləmədikləri bir yerdən gəldi və onların qəlblərinə qorxu saldı. Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə
dağıdırdılar.
Ey ağıl sahibləri, (bundan) ibrət alın!...
Həşr Suresi, 2. Ayet:
Kitab əhlindən kafir olanları (Mədinə ətrafında yaşayıb Muhəmməd əleyhissəlamın peyğəmbərliyini inkar edən Bəni Nəzir qəbiləsini) ilk dəfə (bir yerə) toplayıb öz yurdundan çıxardan (Şama sürgün edən) Odur. (Ey möminlər!) Siz onların (öz yurdundan) çıxacaqlarını güman etmirdiniz. Onlar isə öz qalalarının onları Allahdan (Allahın əzabından) qoruyacağını zənn edirdilər. Amma Allah (Allahın əzabı) onlara gözləmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı. Belə ki, onlar evlərini həm öz əlləri, həm d...
Həşr Suresi, 2. Ayet:
Kitab əhlindən inkar edənləri ilk dəfə sürgün edərək diyarlarından çıxaran Odur. Siz onların (diyarlarından) çıxacağını güman etmirdiniz. Onlar da qalalarının onları Allahdan qoruyacağını sandılar. Halbuki Allah onları gözləmədikləri yerdən gəlib qəlblərinə qorxu verdi. Evlərini öz əlləriylə və möminlərin əlləriylə
dağıdırdılar.
Ey bəsirət sahibləri, artıq ibrət alın!...
Həşr Suresi, 2. Ayet:
Kitab əhlindən kafir olanları ilk dəfə toplayıb öz diyarından çıxardan Odur. Siz onların çıxacaqlarını güman etmirdiniz. Onlar isə elə güman edirdilər ki, qalaları onları Allahdan qoruyacaqdır. Allah isə onları gözləmədikləri yerdən haqlayıb qəlblərinə qorxu saldı. Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə
dağıdırdılar.
İbrət götürün, ey ağıl sahibləri!...
Həşr Suresi, 2. Ayet:
Kitab əhlindən olan kafirləri (Bəni-Nəzir yəhudilərini) ilk dəfə yurdlarından çıxaran və dəstə halında sürgün etdirib evlərindən (Cəzirətül-ərəbdən) qovduran Odur. Siz onların çıxacaqlarını güman etmirdiniz. Onlar da hasarlarının və qalalarının onları Allahdan (Allahın iradəsindən) saxlayacağını güman edirdilər. Amma Allah(ın iradəsi, əzabı) onlara güman etmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı. (Belə ki,) onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə
dağıdırdılar.
Ey bəsirət...