Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Maidə Suresi, 110. Ayet:
O zaman Allah belə buyuracaq: “Ey Məryəm oğlu İsa, sənə və anana olan nemətimi xatırla! Vaxtilə Mən səni müqəddəs ruhla (Cəbraillə) dəstəkləmişdim. Sən həm beşikdə, həm də yetkin çağında insanlarla
danışırdın.
O vaxt sənə kitabı (oxuyub yazmağı), hikməti, Tövratı və İncili öyrətdim. İznimlə palçıqdan quşa bənzər bir şey düzəldir və ona üfürürdün, o da iznimlə quşa çevrilirdi. Həmçinin iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verirdin və Mənim iznimlə ölüləri (yerdən dirildib) çıxardırdın...
Maidə Suresi, 110. Ayet:
(Ya Rəsulum!) Xatırla ki, o gün (qiyamət günü) Allah (İsaya) belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla
danışırdın.
Sənə kitabı (yazıb-oxumağı), hikməti, Tövratı və İncili öyrətmişdim. O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir və Mənim iz...
Maidə Suresi, 110. Ayet:
Allah belə buyurmuşdu: ‘Ey Məryəm oğlu İsa! Sənin və ananın üzərindəki nemətimi xatırla. Səni Ruhul Qüds ilə dəstəkləmişdim, beşikdə ikən də, yetkin ikən də, insanlarla
danışırdın.
Sənə Kitabı, Hikməti, Tövratı və İncili öyrətmişdim. Mənim iznimlə nəmli torpaqdan quş şəklində heykəl (surət) düzəltmişdin, sonra onun içinə üfləmişdin, beləcə Mənim iznimlə bir quş olmuşdu. Doğuşdan kor olanı və cüzam xəstəliyinə tutulanı yenə Mənim iznimlə sağaldırdın. Mənim iznimlə ölüləri (dirildib qəbirdən) çıxa...
Maidə Suresi, 110. Ayet:
Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla
danışırdın.
Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq-aydın...
Maidə Suresi, 110. Ayet:
O gün Allah belə deyəcək: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi düşün. O zaman səni Ruhul-Qüds (Cəbrail) ilə dəstəkləmişdim. Beşikdə ikən də, yetkin ikən də insanlarla
danışırdın.
Sənə kitabı, hikməti, Tövratı və İncili də öyrətmişdim. İznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, mənim iznimlə dərhal bir quş olurdu. Yenə mənim iznimlə anadangəlmə koru və cüzamlını sağaldırdın. Mənim iznimlə ölüləri də (həyata) çıxarırdın. Sən İsrail oğullarına açıq-aydın möcüzələr gət...
Maidə Suresi, 110. Ayet:
O zaman Allah demişdi ki: "Ey Məryəm oğlu İsa! Sənə olan və anana olan nemətimi xatırla! O vaxt Mən, səni Allahın vəhyi ilə qüvvətləndirmişdim. Yüksək mövqedə olan biri olaraq və yetkin biri olaraq insanlarla
danışırdın.
O vaxt sənə Kitabı, haqsızlığın, fitnə-fəsadın və qarışıqlığın qarşısını almaq üçün qoyulmuş qayda-qanun və prinsipləri, Tövratı və İncili öyrətmişdim. O vaxt Mənim icazəmlə/məlumatım daxilində palçıqdan; gildən (keramikadan) quş şəkli kimi bir şey (buxurdan) düzəldirdin. Sonra ...