Bəqərə Suresi, 258. Ayet: (Ya Rəsulum!) Allahın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi (Nəmrudu) görmədinmi? (Və ya əhvalatını bilmirsən?) İbrahim: “Mənim tanrım həm dirildir, həm də öldürür”, - dediyi zaman, o (Nəmrud): “Mən də həm dirildir, həm də öldürürəm”, - demişdi. İbrahim ona: “Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!” – dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah (özünə) zülm edənləri düz yola yönəltməz!...
Bəqərə Suresi, 258. Ayet: Allah ona hökmdarlıq verdi deyə, Rəbbi barəsində İbrahimlə mübahisə edən kəsi görmədinmi/heç düşünmədinmi? Bir vaxt İbrahim, "Mənim Rəbbim dirildən və öldürəndir" demişdi. O, "Mən dirildir və öldürürəm" demişdi. İbrahim, "Elə isə, şübhəsiz ki, Allah, günəşi məşriqdən gətirir, bacarırsansa, sən onu məğribdən gətir!" dedikdə, o kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən adam] çaşıb qaldı. -Və Allah özlərinə haqsızlıq edənlər qövmünə doğru yolu göstərməz.-...