Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ənam Suresi, 156. Ayet:
Və: “Kitab bizdən əvvəl ancaq iki tayfaya (yəhudilərə və xristianlara) nazil edilmişdir. Biz isə onların oxuduqlarından xəbərsiz idik”, -
deməyəsiniz.
...
Əraf Suresi, 172. Ayet:
Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?”(– deyə) onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!”– demişdilər. (Bu ona görədir )ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!”–
deməyəsiniz.
...
Əraf Suresi, 173. Ayet:
Yaxud: “Atalarımız bizdən əvvəl (Allaha )şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən?”–
deməyəsiniz.
...
Ənam Suresi, 157. Ayet:
və ya: “Əgər bizə Kitab nazil edilsəydi, onlardan daha çox doğru yolda olardıq”–
deməyəsiniz.
Artıq sizə Rəbbinizdən açıq-aydın bir dəlil, hidayət və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan sayan və onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə pis əzabla cəzalandıracağıq....
Ənam Suresi, 156. Ayet:
Belə ki: “Kitab bizdən əvvəlki iki tayfaya [yəhudilərə və xaçpərəstlərə] göndərilib, biz isə onu oxuya bilmirik,” -
deməyəsiniz.
...
Ənam Suresi, 157. Ayet:
Yaxud: "Əgər kitab bizə nazil olsaydı, onlardan daha düz yolda olardıq." -
deməyəsiniz.
Artıq sizə Rəbbinizdən aşkar bir dəlil, düz yol göstəricisi və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan hesab edib, onlardan üz döndərəndən daha zalımı kim olar? Ayələrimizdən üz döndərənləri üz döndərdiklərinə görə pis əzabla cəzalandıracağıq....
Əraf Suresi, 172. Ayet:
O zaman sənin Rəbbin Adəm oğullarının belindən gələnlərin törəmələrini əmələ gətirdi və onların özlərini özlərinə şahid tutaraq: "Mən sizin Rəbbiniz deyiləmmi?" - demişdi. Onlar: "Bəli, biz şəhadət veririk." - demişdilər. (Bu ona görə idi ki,) siz qiyamət günü: "Bizim bundan xəbərimiz yox idi. " -
deməyəsiniz.
...