Bəqərə Suresi, 258. Ayet: (Ya Rəsulum!) Allahın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi (Nəmrudu) görmədinmi? (Və ya əhvalatını bilmirsən?) İbrahim: “Mənim tanrım həm dirildir, həm də öldürür”, - dediyi zaman, o (Nəmrud): “Mən də həm dirildir, həm də öldürürəm”, - demişdi. İbrahim ona: “Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!” – dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah (özünə) zülm edənləri düz yola yönəltməz!...
Bəqərə Suresi, 259. Ayet: Yaxud (Ya Rəsulum! Damları çökmüş, divarları) uçulmuş bir kəndin yanından keçən kimsənin əhvalatını bilirsən? O kimsə: “Əcaba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” – demişdi. Belə olduqda, Allah onu yüz il ölü halında saxladı, sonra dirildərək ondan: “Nə qədər yatmısan?” – deyə soruşdu. O da: “Bir gün, bəlkə, bir gündən daha az” – deyə cavab verdi. Allah ona: “Bəlkə, yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün ...
İsra Suresi, 101. Ayet: Biz Musaya doqquz aşkar möcüzə (əsa, günəş kimi parlayan yədi-beyza, çəyirtkə və digər həşərat, qurbağa, qan, qıtlıq, daşların arasından fəvvarə verib çıxan su, dənizin yarılması və Tur dağının qaldırılıb İsrail oğullarının başları üstündə saxlanılması) verdik. İsrail oğullarından soruş: (Musa) onların yanına gəldikdə, Firon ona: “Ya Musa! Mənə elə gəlir ki, sən ovsunlanmışsan (ağlın başında deyildir)”, - demişdi....
Bəqərə Suresi, 61. Ayet: Hani siz : «Ey Musa, bir çeşid yemeğe (kudret helvasiyle bıldırcın etine), mümkin değil, dayanamayız. O halde bizim için Rabbine duâ et de yerin bitirdiği şeylerden, sebze, acur, sarımsak, mercimek ve soğan çıkarsın» demişdiniz. (Musa da): «O hayırlı olanı şu daha aşağı olanla değişdirmek mi istiyorsunuz? (öyle ise) bir şehre inin, çünkü (orada) size istediğiniz (sebzeler) var» demişdi. Onların üzerine horluk ve yoksulluk vuruldu. Allahdan bir gazaba da uğradılar. Bu, onların Allahın âyetlerini ...
Bəqərə Suresi, 61. Ayet: Bir vaxt: “Ey Musa! Biz bir növ yeməyə əsla dözə bilmərik. O halda bizim üçün Rəbbinə yalvar, O, bizə yerdən bitən tərəvəz, qabaq, sarımsaq, mərcimək və soğan versin”, – demişdiniz. O da sizə: “Xeyirli olanı daha aşağı olanla dəyişdirmək istəyirsiniz? Elə isə enin şəhərə! İstədikləriniz orada var”, – demişdi. Beləliklə, zillət və yoxsulluq onları bürüdü. Onlar Allahın qəzəbinə düçar oldular. Bunun səbəbi o idi ki, onlar Allahın ayələrini inkar edər, peyğəmbərləri də haqsız yerə öldürərdilər. Büt...
Bəqərə Suresi, 61. Ayet: Və bir zamanlar siz: "Ey Musa! Biz, eyni yeməyə əsla dözə bilmərik, artıq bizim üçün Rəbbinə dua et ki, bizə yerin yetişdirdiyi şeylərdən; tərəvəzindən, qabağından, sarımsağından, mərciməyindən və soğanından çıxarsın" dediniz. Musa da sizə, "O üstün olanı daha aşağı olanla dəyişdirmək istəyirsiniz? Bir qəsəbəyə/Misirə enin, o vaxt istədiyiniz şeylər sizin olacaq" demişdi. Və onların üstünə alçaqlıq və miskinlik damğası vuruldu və axırda Allahın qəzəbinə düçar oldular. Bu, küfr işlədiklərinə; All...
Bəqərə Suresi, 247. Ayet: Peyğəmbərləri də onlara, "Şübhəsiz ki, Allah, sizə hökmdar olaraq Talutu göndərdi" demişdi. İsrail oğulları, "O, necə bizim hökmdarımız ola bilər, halbuki hökmdar olmağa bizim ondan daha çox haqqımız var, ona mal-dövlət olaraq bir genişlik, bir bolluq da verilməmişdir" dedilər. Peyğəmbərləri, "Onu sizin başınıza Allah seçmişdir və onu elm və bədəncə üstün etmişdir" dedi. Allah da mülkünü istədiyi kəsə verər. Və Allah, elmi və rəhməti geniş və sərhədsiz olandır, çox yaxşı biləndir....
Bəqərə Suresi, 258. Ayet: Allah ona hökmdarlıq verdi deyə, Rəbbi barəsində İbrahimlə mübahisə edən kəsi görmədinmi/heç düşünmədinmi? Bir vaxt İbrahim, "Mənim Rəbbim dirildən və öldürəndir" demişdi. O, "Mən dirildir və öldürürəm" demişdi. İbrahim, "Elə isə, şübhəsiz ki, Allah, günəşi məşriqdən gətirir, bacarırsansa, sən onu məğribdən gətir!" dedikdə, o kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən adam] çaşıb qaldı. -Və Allah özlərinə haqsızlıq edənlər qövmünə doğru yolu göstərməz.-...
Bəqərə Suresi, 260. Ayet: Bir zamanlar İbrahim də, "Ey Rəbbim! Ölüləri necə diriltdiyini mənə göstər!" demişdi. Allah, "İnanmırsanmı?" dedi. İbrahim, "İnanıram, lakin ürəyimdəki bütün sual işarələrini aradan qaldıraraq xatircəm olmaq üçün" dedi. Allah, "Dərhal quşlardan dördünü tut və onları özünə öyrət. Sonra hər dağın üstünə onlardan bir parça qoy. Sonra da quşları çağır, qaça-qaça/sürətlə sənə gələcəklər. Və bil ki, Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qa...