Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Hud Suresi, 7. Ayet:
Hansınızın əməlinin daha gözəl olacağını sınamaq üçün göyləri və yeri altı gündə yaradan Odur. O zaman Onun ərşi su üzərində idi. Əgər sən: “Həqiqətən, siz öldükdən sonra dirildiləcəksiniz!” -
desən,
kafirlər mütləq: “Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir”, - deyəcəklər. (Ərş kainatdakı hər şeyi əhatə edən və mahiyyətini bilmədiyimiz bir şeydir.)...
Hud Suresi, 7. Ayet:
Hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün, Ərşi su üzərində ikən, göyləri və yeri altı gündə yaradan Odur. Əgər sən: “Siz öləndən sonra diriləcəksiniz!”–
desən,
kafir olanlar: “Bu, açıq-aydın bir sehrdir!”– deyərlər....
Hud Suresi, 7. Ayet:
Sizin hansınızın daha gözəl əməl sahibi olmasını imtahan etmək üçün göyləri və yeri (səltənət) taxtı suyun üzərində olan halda, altı gündə (altı günə və ya altı gecə-gündüzə bərabər olan bir müddətdə, ya altı mərhələdə) yaradan Odur. Və əgər «siz öldükdən sonra mütləq dirildiləcəksiniz»
desən,
kafirlər «bu (cür sözlər), açıq-aşkar cadudan başqa bir şey deyil» deyəcəklər....
Hud Suresi, 7. Ayet:
O, hansınızın əməl baxımından daha yaxşı olacağı barəsində sizi sınağa çəkmək üçün hələ Ərşi su üstündə ikən göyləri və yeri altı gündə (altı mərhələdə) yaradandır. Hal belə ikən “Ölümdən sonra şübhəsiz, dirildiləcəksiniz”, –
desən,
inkarçılar: “Bu, açıq-aşkar bir sehrdir”, – deyərlər....
Hud Suresi, 7. Ayet:
Və Allah, hansınızın daha gözəl əməl işləyəcəyini imtahan etmək üçün göyləri və yeri altı mərhələdə yaradandır. -Kainat, əvvəlcə su halında idi; Onun taxtı[#205] su üstündə idi; Allah o mərhələdə də hökmran, planlayıb idarə edən idi.- Və əgər onlara, "Həqiqətən siz öldükdən sonra dirildiləcəksiniz"
desən,
o kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmiş olan o kəslər] də həqiqətən sənə, "Bu, açıq-aydın bir sehrdən/sehrbazdan başqa bir şey deyil" deyəcəklər....