Nisa Suresi, 23. Ayet: Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir, öz belinizdən gələn oğullarınızın arvadları (ilə evlənmək) və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah B...
Nəml Suresi, 40. Ayet: Kitabdan xəbəri olan (bir başqa) kimsə isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” (Süleyman) taxtı yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, (bilsin ki), həqiqətən, Rəbbim (onun şükrünə )möhtac deyildir, Səxavətlidir!”...
Nisa Suresi, 23. Ayet: Analarınızı, qızlarınızı, bacılarınızı, bibilərinizi, xalalarınızı, qardaş qızlarını, bacı qızlarını, sizi əmizdirmiş süd analannızı, süd bacılarınızı, qadınlarınızın analarını, əlaqədə olduğunuz qadınların himayənizdəki qızlarını, - əgər onlarla əlaqədə olmamışsınızsa, onda bu, sizə günah deyildir, - öz belinizdən gəlmiş oğullarınızın arvadlarını və iki bacını birlikdə almaq sizə haram edilmişdir. Bundan əvvəl olmuşlar isə müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir....