Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 255. Ayet:
Allahdan başqa ilah yoxdur! O diridir, bütün məxluqatı idarə edir. O nə mürgüləyər, nə də yuxulayar. Göylərdə və yerdə nə varsa hamısı Onundur. İzni olmadan Onun yanında kim şəfaət edə bilər?! Önlərindəkini (edəcəkləri əməlləri) də, arxalarındakını (etdikləri əməlləri) də O bilir. (Yaradılanlar) Allahın elmindən, Onun dilədiyi qədərindən başqa heç nəyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları mühafizə etmək isə Ona çətin deyildir. Ən uca və ən böyük olan da Odur! (İ...
Bəqərə Suresi, 269. Ayet:
Allah dilədiyi kimsəyə hikmət verər. Kimə hikmət verilmişsə, deməli, ona çoxlu xeyir verilmişdir. Ağıl sahiblərindən başqa heç kəs (bunu) dərk etməz. (Faydalı və dərin elmə hikmət
deyilmişdir.
Allahın hikmət verdiyi kimsələr, başda peyğəmbərlər olmaqla elmi ilə əməl edən alimlərdir.)...
Əhqaf Suresi, 21. Ayet:
Ad qövmünün qardaşını (Hudu) da yada sal! Bir zaman o, özündən əvvəl də, sonra da peyğəmbərlərin gəlib-getdiyi Əhqafda olan qövmünü belə xəbərdar etmişdi: “Allahdan başqasına ibadət etməyin! Həqiqətən, mən sizin böyük günün əzabına düçar olmağınızdan qorxuram”. (Bu ayədə keçən “Əhqaf” kəlməsi “yüksək qum təpələri” mənasına gəlir. Hud əleyhissəlamın göndərildiyi Ad qövmü Yəməndə dəniz kənarındakı qum təpələri arasında məskunlaşdığı üçün həmin əraziyə “Əhqaf”
deyilmişdir.
)...
Hicr Suresi, 78. Ayet:
Həqiqətən, Əykə xalqı da zalım idi. (Bu ayədəki “Əykə” sözü “sıx meşəlik” deməkdir. Şüeyb peyğəmbər və onun qövmünün yaşadığı yer meşəlik bir ərazi olduğu üçün onlara Əykə xalqı
deyilmişdir.
)...
Kəhf Suresi, 9. Ayet:
Yoxsa Kəhf və Rəqim əhlini möcüzələrimizin ən qəribəsimi zənn etdin?! (Təfsirçilərə görə, “Kəhf” dağda yerləşən geniş bir mağara deməkdir. Kafir hökmdarın zülmündən qaçıb bu mağaraya sığınan möminlərə də Əshabi-kəhf
deyilmişdir.
“Rəqim” kəlməsinə gəldikdə, ona bu mağaranın yerləşdiyi dərə, yaxud bu mağaraya sığınan möminlərin adlarının yazıldığı kitabə kimi mənalar verilmişdir. Ancaq Səhihi-Buxaridə keçən və İbn Abbasdan nəql olunan rəvayətə görə, Rəqim Əshabi-kəhfdən başqa üç nəfərlik bir qrup...
Nur Suresi, 11. Ayet:
Həqiqətən, (Peyğəmbərin xanımına) iftira atanlar sizin içinizdən bir qrupdur. Bunu özünüz üçün pis bir şey hesab etməyin! Əksinə, o sizin üçün xeyirlidir. Onlardan hər biri qazandığı günahın cəzasını çəkəcəkdir. Onlardan günahın böyüyünü yüklənənə gəlincə, onun üçün böyük bir əzab vardır. (Bu ayə və bundan sonrakı doqquz ayənin nazil olma səbəbi bir qrup münafiqin Həzrət Peyğəmbərin xanımı Həzrət Aişəyə iftira atmasıdır. Buna İslam tarixində “ifq” hadisəsi
deyilmişdir.
Aşağıdakı ayələrdə Həzrət ...
Zümər Suresi, 75. Ayet:
Mələkləri də Rəblərini həmd ilə təsbih edib ucaldaraq Ərşin ətrafını əhatə edən halda görərsən. Artıq qulların arasında ədalətlə hökm verilmiş və: “Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur”, –
deyilmişdir.
...
Şüəra Suresi, 93. Ayet:
Sizə kömək edirlərmi və ya özlərinə köməkləri toxunurmu?” –
deyilmişdir.
...