Furqan Suresi, 20. Ayet: (Ya Rəsulum!) Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də, şübhəsiz ki, yemək yeyər, (ruzi qazanmaq üçün) bazarları gəzib dolaşardılar. Sizin bir qisminizi digərinizə sınaq vasitəsi etdik ki, görək (möhnətlərə) dözə biləcəksinizmi? (Birinizi varlı, digərinizi kasıb, birinizi sağlam, digərinizi xəstə, zəif etdik ki, hansınızın daha səbrli, daha dözümlü olduğunu, Allahın öz əzəli hökmü ilə ona verdiyi qismətə razı olub-olmadığını bilək). Sənin Rəbbin (çətinliklərə səbr edənləri və onlardan qorxanla...
Qəsəs Suresi, 15. Ayet: Və Musa, şəhər əhalisinin bilmədiyi bir anda şəhərə daxil oldu. Sonra orada, biri öz tərəfindən, digəri düşmən tərəfdən, bir-birini öldürməyə çalışan iki adam gördü. Sonra öz tərəfindən olan, düşmənə qarşı Musadan kömək dilədi. Musa da o birinə dərhal bir yumruq vurdu, o da dərhal öldü. Musa, "Bu, şeytanın əməllərindəndir, şübhəsiz o, yoldan çıxaran, açıq-aşkar bir düşməndir" dedi....