Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Fəth Suresi, 11. Ayet:
Bədəvi ərəblərdən geridə qalanlar sənə: “Mallarımız və ailələrimiz bizi (döyüş üçün səfərə çıxmaqdan) yayındırdı. Ona görə də Allahdan bizim bağışlanmağımızı
dilə!”
- deyəcəklər. Onlar dilləri ilə qəlblərində olmayanı deyirlər. De: “Əgər Allah sizə bir zərər, yaxud xeyir vermək istəsə, kim Ona qarşı çıxa bilər?! Xeyr! Allah sizin etdiklərinizdən xəbərdardır....
Fəth Suresi, 11. Ayet:
(Hüdeybiyyə səfərindən) geri qalan bədəvi ərəblər sənə deyəcəklər: “Mal-dövlətimiz və ailələrimiz başımızı qatdı (səninlə yola çıxa bilmədik). (Allahdan) bizim bağışlanmağımızı
dilə!”
Onlar ürəklərində olmayanı dilləri ilə deyirlər. (Onlara) de: “Əgər Allah sizə bir zərər, yaxud bir xeyir vermək istəsə, bu işdə Allaha bir şeylə kim mane ola bilər?!” Bəli, Allah sizin nə etdiyinizdən xəbərdardır!...
Fəth Suresi, 11. Ayet:
Geri qalan bədəvilər sənə: “Var-dövlətimiz və ailələrimiz bizi (döyüşə getməkdən) yayındırdı. (Allahdan) bizim üçün bağışlanma
dilə!”
– deyəcəklər. Onlar qəlbində olmayanları dilləri ilə deyirlər. De: “Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, Onun (edəcəyi işin) qarşısını kim ala bilər?” Xeyr, Allah sizin nə etdiyinizdən xəbərdardır....