Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ali-İmran Suresi, 49. Ayet:
Və o, İsrail oğullarına peyğəmbər (olacaqdır). (İsa deyəcək:) “Mən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzlədib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Anadangəlmə korları və cüzam xəstəliyinə tutulanları sağaldaram. Allahın izni ilə ölüləri
dirildərəm.
Evlərinizdə yediklərinizi və yığdıqlarınızı da sizə xəbər verərəm. Əgər möminsinizsə, əlbəttə, bunda sizin üçün bir dəlil vardır....
Ali-İmran Suresi, 49. Ayet:
Və onu İsrail övladına (yəhudilərə) peyğəmbər göndərəcək. (İsa onlara deyəcək: ) “Mən, həqiqətən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri
dirildərəm.
Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda (söylədiklərimdə peyğəmbər olduğuna) bir dəlil vardır....
Ali-İmran Suresi, 49. Ayet:
Onu (Məryəm oğlu İsa Məsihi) ‘İsrail oğullarına’ rəsul olaraq göndərəcək. (Onlara belə deyəcək): ‘Şübhəsiz ki, mən sizə Rəbbinizdən ayə (möcüzələr) gətirdim. Mən sizə nəmli torpaqdan quş heykəli düzəldərəm, sonra onun içinə üfləyərəm. O zaman o, Allahın icazəsiylə quş olar. Anadangəlmə kor olanı və cüzam xəstəliyini sağaldaram. Allahın icazəsiylə ölünü
dirildərəm.
Yediyiniz şeyləri və evlərinizdə topladığınız şeyləri sizə xəbər verərəm. Əgər siz möminlərsinizsə, şübhəsiz ki, bunlarda sizin üçün ...
Ali-İmran Suresi, 49. Ayet:
(Allah onu) İsrail oğullarına bir elçi edəcəkdir. (O deyəcəkdir:) “Mən sizə Rəbbinizdən (elçi olduğumu təsdiqləyən) bir əlamət gətirdim. Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri
dirildərəm.
Evlərinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün dəlil vardır....
Ali-İmran Suresi, 49. Ayet:
Allah onu İsrail oğullarına bir peyğəmbər olaraq göndərəcək (və o da onlara belə deyəcək): “Şübhəsiz ki, mən sizə Rəbbinizdən bir möcüzə gətirdim. Mən palçıqdan quş şəklində bir şey düzəldər, ona üfürərəm. O da Allahın izni ilə dərhal quş olar. Koru və cüzamlını sağaldaram və Allahın izni ilə ölüləri
dirildərəm.
Evlərinizdə nə yediyinizi və nə yığıb saxladığınızı sizə xəbər verərəm. Əgər möminlərsinizsə, bunda sizin üçün, əlbəttə, bir ibrət var”....
Ali-İmran Suresi, 49. Ayet:
və onu İsrail övladlarına peyğəmbər (edəcəkdir). (İsa deyəcəkdir:) "Mən sizə Rəbbinizdən bir möcüzə gətirmişəm. Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm və o, Allahın izni ilə quşa çevrilər. Allahın izni ilə mən anadangəlmə koru və cüzama tutulanı sağaldar, ölüləri
dirildərəm.
Evlərinizdə yedikləriniz və saxladıqlarınız haqqında sizə xəbər verərəm. Əgər siz iman gətirənsinizsə, bunda sizin üçün bir dəlil vardır....
Ali-İmran Suresi, 49. Ayet:
Və onu İsrail oğullarına bir elçi göndərəcək; [İsa da onlara] deyəcək ki: Bu bir həqiqətdir ki, mən sizə Rəbbinizdən bir işarət/nişan gətirdim/bir əlamətlə gəldim; şübhəsiz ki, mən sizin üçün palçıqdan; gildən; saxsıdan quş formasında bir şey; 'buxurdan (ətirli tüstü yandırmaq üçün qab)' düzəldərəm. Sonra onun içinə üfürərəm; aerozol hazırlayaram, Allahın izni ilə xəstəlik əmələ gətirən şeylər quş olar/uçub gedər. Mən, sonradan yaranan korluğu, ilan, əqrəb və keler zəhərlənməsini/bağ, bağça və t...