Cin Suresi, 1. Ayet: De: «Mənə vəhy olundu ki, (bizim hiss etmədiyimiz, oddan yaranmış, erkək və dişi cinsli, doğub-törəyən, dini öhdəçilikləri, ölümləri və dirilmələri olan, savab qazanan və cəzaya uğrayan, Cənnətlik və Cəhənnəmlik mövcudlar olan) bir dəstə cin (bu Qur’ana) qulaq asdılar və (öz qövmlərinə qayıdıb) dedilər: «Həqiqətən, biz qəribə bir Qur’an eşitdik (kəlamının gözəlliyi, nəzminin dəqiqliyi və məzmununun dərinliyi ilə bəşər kəlamından olduqca üstündür)»....
Həcc Suresi, 5. Ayet: Ey insanlar! Əgər sizin dirilmə barəsində şəkk-şübhəniz varsa (yadınıza salın ki,) axı Biz sizi torpaqdan, sonra bir nütfədən, sonra döllənmiş toxumdan, sonra isə bir şəklə salınmış və salınmamış ət parçasından yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. İstədiyimizi bətnlərdə müəyyən bir müddətə qədər saxlayır, sonra isə körpə uşaq şəklində sizi çıxarırıq ki, bundan sonra siz hədd-buluğa çatasınız. Sizlərdən eləsi var ki, vəfat edir, eləsi də var ki, ömrün ən rəzil çağına [sanki uşaqlıq çağına]...