Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ənbiya Suresi, 90. Ayet:
Onun duasını da qəbul etdik və ona Yəhyanı verdik. Zövcəsini də, onun üçün (uşaq
doğmağa)
qadir bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsir, ümid və qorxu içində Bizə dua edirdilər. Onlar Bizə qarşı çox itaətkar idilər....
Ənbiya Suresi, 90. Ayet:
Biz (Zəkəriyyanın) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (
doğmağa)
qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər....
Ənbiya Suresi, 90. Ayet:
Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini ona (uşaq
doğmağa)
qadir etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti (qullar) idilər....
Ənbiya Suresi, 90. Ayet:
Biz onun istəyini yerinə yetirdik və ona Yəhyanı bağışladıq. Və (qocalmış, əvvəldən qısır olan) zövcəsini də (cavanlaşdırmaq və ona doğmaq qüdrəti əta etməklə) onun üçün (
doğmağa)
layiq etdik. Çünki onlar (Zəkəriyyanın ailəsi və ya bütün keçmiş peyğəmbərlər) həmişə xeyir işlərə tələsir, həmişə ümid və qorxu ilə Bizə dua edərək istək diləyir və həmişə Bizim qarşımızda itaətkar və qorxan idilər....
Ənbiya Suresi, 90. Ayet:
Biz də onun duasını qəbul etdik və ona Yəhyanı bağışladıq. Onun üçün zövcəsini də (
doğmağa)
qabil etdik. Onlar, həqiqətən, xeyir işlərdə yarışır, (rəhmətimizə) ümid edərək və (əzabımızdan) qorxaraq bizə dua edərdilər. Onlar bizə qarşı dərin ehtiram duyan kimsələr idilər....
Ənbiya Suresi, 90. Ayet:
Biz ona cavab verdik və Yəhyanı ona bəxş etdik, zövcəsini isə onun üçün (uşaq
doğmağa)
yararlı etdik. Həqiqətən, onlar xeyir işlər görməyə can atır, Bizi ümid və qorxu hissi ilə çağırır və Bizə boyun əyirdilər....