Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ali-İmran Suresi, 180. Ayet:
Allahın, Öz lütfündən verdiyi şeylərdə xəsislik edənlər elə zənn etməsinlər ki, bu onlar üçün xeyirlidir. Əksinə, bu onlar üçün zərərlidir. Onların xəsislik etdiyi şeylər, qiyamət günü boyunlarına
dolanacaqdır.
Göylərin və yerin mirası Allahındır. Allah etdiklərinizdən xəbərdardır. (Ayədəki “miras” kəlməsi təfsirlərdə belə izah edilmişdir: “Göylərdə və yerdə nə varsa, hamısı Allahın mülküdür. Ondan faydalanan insanlar da onu bir-birlərindən miras kimi alırlar”.)...
Ali-İmran Suresi, 180. Ayet:
Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına
dolanacaqdır.
Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!...
Ali-İmran Suresi, 180. Ayet:
Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına
dolanacaqdır.
Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır....
Ali-İmran Suresi, 180. Ayet:
Allahın Öz lütfündən onlara verdiyi şeylərə xəsislik edənlər qətiyyən belə hesab etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu onlar üçün pisdir. Onların xəsislik etdikləri şeylər qiyamət günü boyunlarına
dolanacaqdır.
Göylərin və yerin mirası Allaha məxsusdur və Allah sizin nə etdiklərinizdən xəbərdardır....
Ali-İmran Suresi, 180. Ayet:
Və Allahın Öz fəzlindən verdiyi nemətlər qarşısında xəsislik edənlər, bunun özləri üçün xeyirli olduğunu zənn etməsinlər. Tamamilə əksinə, bu, onlar üçün zərərlidir. Xəsislik etdikləri şey qiyamət günündə boyunlarına
dolanacaqdır.
Göylərin və yerin mirası yalnız Allaha məxsusdur. Və Allah əməllərinizdən xəbərdardır....