Ənam Suresi, 145. Ayet: (Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə, Allah ona cəza verməz)”. Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!...
Maidə Suresi, 3. Ayet: Leş, qan, donuz əti, Allah-dan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, (hündürbiryerdən) yıxılıb gəbər-miş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, – ölməmiş kəsdikləriniz istisnadır, – dik qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər (sizi) di-ninizdən (döndərməkdən) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün...
Ənam Suresi, 146. Ayet: De: «Mənə öyrədilənlər içərisində hər hansı bir kəsin yediyi təamlarda haram olan bir şey tapmıram, ancaq ki, ola meyyit, ya axar qan, ya donuz əti – həqiqətən, o ricsdir və ya fisqdir, kəsilib qeyrisi üçün Allaha, onun ilə. Bununla yanaşı kim məcburiyyət qarşısında qalarsa, düşmənçilik etmədən və həddi aşmadan…» Həqiqətən, Rəbbin – Ğəfurdur, Rəhimdir!...
Maidə Suresi, 3. Ayet: Ölü (kəsilmədən murdar olmuş) heyvan, qan, donuz əti, (kəsilən zaman başı üzərində) Allahdan qeyrisinin adı çəkilmiş, boğulmuş, vurmaqla öldürülmüş, hündürlükdən yıxılaraq ölmüş, başqa bir heyvanın buynuzu vasitəsilə ölmüş və yırtıcı heyvanın öldürərək yediyi heyvan – (yuxarıda qeyd edilən heyvanların əti halal olanlarından canı çıxmamış) şəriət qanunu ilə kəsə bildikləriniz istisna olmaqla – (bunları yemək,) həmçinin, müqəddəs daşın üzərində (ya bütlər üçün) kəsilmiş heyvan(ın ətini yemək) və e...
Maidə Suresi, 3. Ayet: Ölmüş heyvan, qan, donuz əti, Allahdan başqasının adına kəsilən, (hələ canı çıxmamışkən) kəsdikləriniz xaric; boğularaq, zərbə alaraq, yüksək yerdən düşərək, buynuzlanaraq ölmüş və yırtıcı heyvan tərəfindən parçalanmış heyvanlar ilə dik daşlar üzərində kəsilən heyvanlar, bir də fal oxları ilə qismət axtarmağınız7 sizə haram buyuruldu. Bütün bunlar günahdır. (Allaha itaətdən uzaqlaşmaqdır). Bu gün kafirlər dininizdən (onu yox etməkdən) ümidlərini kəsdilər. Artıq onlardan qorxmayın, məndən qorxun....
Maidə Suresi, 3. Ayet: Ölü heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, zərbə ilə öldürülmüş, yıxılıb ölmüş, başqa heyvan tərəfindən öldürülmüş, vəhşi heyvan tərəfindən dağıdılmış, - (murdar olmazdan əvvəl) kəsdiyiniz istisna olmaqla, - və bütlər üçün kəsilmiş (heyvanlar) və fal oxları ilə qismət axtarmanız sizə haram edildi. Bunlara (əməl etməmək) yoldan azmaq deməkdir. Kafirlər bu gün dininizdən ümidlərini kəsmişlər. Artıq siz onlardan qorxmayın, Məndən qorxun! Mən bu gün sizin üçün dinini...
Maidə Suresi, 3. Ayet: Sizə leş, qan, donuzun əti, Allahdan başqasının adı ilə kəsilən, boğulmuş, vurulmuş, hündür yerdən düşmüş, buynuzla vurulmuş, yırtıcı heyvanların yedikləri (bunlardan (donuzun əti də daxil) temizleyebildikleriniz, zərərini önleyebildikleriniz xaric), dikinə qoyulmuş daşların üstündə kəsilənlər və fal oxları ilə qismət axtarmaq haram edildi. Bunların hamısı doğru yoldan çıxmaqdır. Bu gün kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər], sizin dininizdən ümidlərini kəsdilər. Elə i...
Nəhl Suresi, 115. Ayet: Allah, sizə ancaq leşi, qanı, donuzun ətini və Allahdan başqası adına kəsiləni haram etmişdir. Artıq hər kim təcavüzkarlıq etmədən və həddi aşmadan məcburiyyət qarşısında qalsa, bilsin ki, şübhəsiz, Allah, qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və lütfü bol olandır, geniş mərhəmət sahibidir....