Nisa Suresi, 148. Ayet: Haqsızlığa məruz qalan istisna olmaqla, Allah pis sözün ucadan söylənməsini sevməz. Allah hər şeyi eşidəndir, biləndir. (Pis söz deyildikdə, birinin qeybətini qırmaq, söz daşımaq, yalan, iftira və s. başa düşülməlidir. İnsan bunları ürəyindən keçirsə belə, açıqdan söyləməsi günahdır. Ancaq haqsızlığa məruz qalan kimsə, haqsızlığın ortadan qalxması üçün bunu başqalarına danışarsa, bu qeybət və ya pis söz sayılmaz.)...
Ənfal Suresi, 42. Ayet: Xatırlayın ki, siz vadinin (Mədinəyə) yaxın tərəfində, onlar uzaq tərəfində, karvan isə sizdən aşağıda idi. (Onlar say etibarilə sizdən o qədər çox idilər ki,) Əgər görüşmək üçün vədələşmiş olsaydınız, (vəziyyəti öyrənən kimi həmin) vədələşmə barəsində ixtilafa düşərdiniz (savaşmaq fikrindən daşınardınız). Lakin Allah olacaq bir işi (möminlərin zəfərini) gerçəkləşdirmək üçün belə etdi ki, ölən açıq bir dəlillə ölsün, yaşayan da açıq bir dəlillə yaşasın. Şübhəsiz, Allah haqqı ilə eşidəndir, haqqı...