Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Hud Suresi, 12. Ayet:
(Ey peyğəmbər!) Onların: “Ona bir xəzinə endirilməli, yaxud onunla birlikdə bir mələk gəlməli deyildimi?!” - demələri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini (təbliğ etməyi) tərk edəcəksən və buna görə ürəyin sıxılacaq. Sən ancaq xəbərdar edənsən. Allah hər şeyə vəkildir. (Müşriklər bəzən Həzrət Peyğəmbərdən göydən xəzinələr endirilməsini və ya onlara mələk göndərilməsini tələb edirdilər. Onların bu inadkar hərəkətləri Həzrət Peyğəmbəri çox kədərləndirirdi. Çünki onlara möcüzə gəlsə b...
İsra Suresi, 73. Ayet:
(Müşriklər) sənə vəhy etdiyimizdən başqa bir şeyi yalandan Bizə isnad edəsən deyə az qalsın səni azdıracaqdılar. Belə olan təqdirdə şübhəsiz ki, səni özlərinə dost qəbul
edəcəkdilər.
...
Ali-İmran Suresi, 154. Ayet:
Sonra o kədərin ardından (Allah) üzərinizə sizdən bir qismini bürüyən bir güvən, bir yuxu endirdi. Bir qisminiz də öz canlarının dərdinə düşdülər. Allaha qarşı cahiliyyə zənni kimi həqiqətə uyğun olmayan bir gümana düşür: “Bu işdə bizim heç bir dəxlimiz yoxdur”, – deyirdilər. De ki: “Bütün iş Allahındır”. Onlar sənə açıq bir şəkildə bildirə bilmədiklərini içlərində saxlayır və deyirlər ki: “Bu barədə bizim əlimizdə bir şey olsaydı, burada öldürülməzdik”. De ki: “Evlərinizdə də olsaydınız, üzəril...
Tövbə Suresi, 47. Ayet:
Əgər onlar da sizin aranızda (səfərə) çıxsaydılar, sizə fitnəkarlıqdan başqa bir xeyirləri toxunmayacaq və sizi fitnəyə salmaq üçün aranızda var-gəl
edəcəkdilər.
Aranızda onlara qulaq asacaq insanlar da var idi. Allah zalımları haqqı ilə biləndir....