Nəml Suresi, 40. Ayet: O kəs ki, yanında kitabdan elm vardı, dedi: «Mən gələrəm sənin yanına onunla, ondan qabaq ki, sən gözünü yumub açasan». Amma elə ki, gördü onu öz yanında qərar tapmış, dedi: «Bu, Rəbbimin fəzlindəndir ki, məni imtahan etsin – ə, mən şükr edəcəyəm, yoxsa küfr edəcəyəm. Kim şükr edərsə, ancaq öz nəfsi üçün şükr etmişdir. Və kim küfr edərsə, həqiqətən, Rəbbim Qənidir, Kərimdir!» ...
Ali-İmran Suresi, 195. Ayet: Belə olduqda, Rəbbi onlara cavab verdi: "Şübhəsiz ki, Mən, sizdən kişi olsun, qadın olsun -hamınız birsiniz- əməl işləyənin əməlini itirmərəm. O səbəblə, hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyət edilənlərin, döyüşənlərin və öldürülənlərin pis əməllərini əlbəttə örtəcəyəm və Allah tərəfindən bir savab olaraq, onları altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Və savabın gözəli Allah yanındadır."...