Loğman Suresi, 34. Ayet: Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı (doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını) O bilir. Heç kəs səhər nə kəsb edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!...
Loğman Suresi, 34. Ayet: Həqiqətən, Qiyamət (qopacağı vaxt) barəsində elm Onun yanındadır (Qiyamətin qopacağı vaxtı yalnız O bilir). Yağışı (göydən) O yağdırır. O, (balası olan canlıların) bətnlər(in)dəkini (balanın bir, ya bir neçə olmasını, gələcək xüsusiyyətlərini, ruhi vəziyyətini, gələcək əməllərini və son mənzilini) bilir. Heç kəs sabah nə qazanacağını (nə elm, əməl və mal-dövlət əldə edəcəyini), harada öləcəyini bilməz. Həqiqətən, Allah (isə bunların hamısını) bilir və hər şeydən xəbərdardır....
Həşr Suresi, 11. Ayet: Kitab əhlindən Allahın məbud və rəbb olduğuna inanmayan qardaşlarına: "And olsun ki, əgər siz öz yurdunuzdan çıxarılsanız, həqiqətən biz də sizinlə birlikdə çıxarıq, sizin əleyhinizə heç kəsə əbədiyyən itaət etmərik. Əgər sizinlə vuruşsalar, şübhəsiz ki, sizə yardım edəcəyik!" deməkdə olan, münafiqləşən kəsləri görmədinmi/heç düşünmədinmi? Və Allah, şahidlik edər ki, şübhəsiz ki, onlar həqiqətən yalançıdırlar....