Talaq Suresi, 4. Ayet: Hansı ki, qadınlarınızdan öz
heyzlərindən qurtarıblar, əgər şübhədəsiniz, onda onların
iddəti üç şəhrdir, necə ki, o kəslər üçün ki, hələ heyzləri
olmayıb. O kəslər ki, hamilədirlər, onların vaxtı hamilə yükünü
azad edənə qədərdir. Kim qorxarsa Allahdan, O yüngüllük edər
onun üçün əmrindən....
Nisa Suresi, 15. Ayet: Qadınlarınızdan həddi aşanlara/cinsi pozğunluq edənlərə qarşı, öz tərəfinizdən onların əleyhinə dərhal dörd şahid gətirin; əgər onlar şahidlik etsələr, artıq o qadınları, bu zillət, cahillik, düşkünlük, çətinlikli, bədbəxt hal, özlərini üst mərtəbəyə ulaştırana, şərəfli, yüksək, üstün əxlaq sahibi edənə qədər yaxud da Allah onlara bir yol açana qədər evlərdə saxlayın....
Nisa Suresi, 89. Ayet: Münafiqlər, özləri Allahın məbud və rəbb olduğuna inanmadıqları kimi, sizin də inanmamağınızı, beləliklə, onlarla bərabər olmağınızı arzu etdilər. Ona görə, onlar Allah yolunda yurdlarından hicrət edənə qədər onlardan [özünüzə] köməkçi, yol göstərən, himayəçi yaxınlar qəbul etməyin. Əgər bundan üz döndərsələr, sizinlə aralarında əhd olan bir tayfaya sığınan kəslər yaxud sizinlə və ya öz qövmlərilə döyüşməkdən ürəkləri sıxılaraq sizin yanınıza gələnlər istisna olmaqla, onları tutun və harada görs...