Həşr Suresi, 23. Ayet: O, elə bir Allahdır ki, Özündən başqa heç bir ilah yoxdur! O, hökmrandır, müqəddəsdir, salamatlıq bəxş edəndir, əmin-amanlıq verəndir, müşahidə edəndir, qüdrətlidir, məcbur etməyə qadirdir, çox ucadır. Allah (müşriklərin) Ona şərik qoşduqlarından uzaqdır....
Nisa Suresi, 43. Ayet: Ey iman gətirənlər! Əgər sərxoşsunuzsa, nə dediyinizi bilməyincə və natəmizsinizsə, - yolda olmaq istisna edilməklə, - qüsl edib təmizlənməyincə namaza yaxın düşməyin. Əgər xəstəsinizsə və ya səfərdəsinizsə, yaxud sizlərdən kimsə ayaqyolundan gəlibsə və ya qadına toxunubsa, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin [pak olun], üzünüzə və əllərinizə çəkin! Həqiqətən, Allah əfv edəndir, bağışlayandır....