Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Hud Suresi, 61. Ayet:
Səmud qövmünə də qardaşları Salehi (peyğəmbər) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. O sizi torpaqdan yaratdı və orada sizi məskunlaşdırdı. Elə isə, Ondan bağışlanmağınızı diləyin və Ona tövbə edin! Həqiqətən, mənim Rəbbim (bəndələrinə) yaxındır, (dualarını) qəbul
edəndir”.
...
Furqan Suresi, 6. Ayet:
De: “Onu göylərin və yerin sirrini bilən Allah nazil etmişdir. Həqiqətən, O, bağışlayandır, rəhm
edəndir”.
...
Hud Suresi, 57. Ayet:
"Əgər üz döndərsəniz, bilin ki, mən sizə çatdırmaq üçün göndərilmiş risaləti sizə çatdırdım. Rəbbim sizin yerinizə sizdən başqa bir qövm gətirə bilər və siz heç bir şəkildə Onun qarşısını ala bilməzsiniz. Mənim Rəbbim təkdir. O, hər şeyi qoruyan və nəzarət
edəndir”.
...
Səba Suresi, 46. Ayet:
De: “Mənim sizə bircə nəsihətim var; Allah üçün iki-iki, bir-bir ayağa qalxın, sonra da bir düşünün. Sizin yoldaşınızda (peyğəmbərdə) heç bir dəlilik (əlaməti) yoxdur. O, şiddətli əzab gəlməzdən əvvəl sizi ancaq xəbərdar
edəndir”.
...
Ali-İmran Suresi, 31. Ayet:
De ki: “Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Çünki Allah çox bağışlayandır, çox mərhəmət
edəndir”.
...
Ənam Suresi, 54. Ayet:
Ayələrimizə iman edənlər sənin yanına gəldikləri zaman de ki: “Salam olsun sizə! Rəbbiniz öz üzərinə rəhməti (mərhəməti) yazdı. Belə ki, sizdən kim cahilliklə qəbahət bir iş görər, sonra ardından tövbə edər, özünü düzəldərsə, (bilin ki,) O, çox bağışlayandır, çox mərhəmət
edəndir”.
...
Ənfal Suresi, 70. Ayet:
Ey Peyğəmbər! Əlinizdəki əsirlərə söylə: “Əgər Allah qəlblərinizdə (iman, ixlas, xoş niyyət kimi) bir xeyir (olduğunu) bilərsə, sizdən alınan fidyədən daha xeyirlisini sizə verər və sizi bağışlayar. Allah çox bağışlayandır, çox mərhəmət
edəndir”.
...
Furqan Suresi, 6. Ayet:
(Ey Muhamməd!) De ki: “O kitabı göylərin və yerin sirrini bilən nazil etmişdir. Şübhəsiz, O, bağışlayandır, çox mərhəmət
edəndir”.
...
Səba Suresi, 46. Ayet:
(Ey Muhamməd!) De ki: “Mən sizə ancaq bir öyüd verirəm; Allah üçün iki-iki, bir-bir qalxın, sonra düşünün. Yoldaşınız Muhamməddə divanəlikdən bir əsər yoxdur. O, şiddətli bir əzabdan öncə sizin üçün sadəcə bir xəbərdar
edəndir”.
...
Zümər Suresi, 53. Ayet:
De ki: “Ey öz əleyhinə həddini aşan qullarım! Allahın rəhmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah bütün günahları bağışlayar. Çünki o, çox bağışlayandır, çox mərhəmət
edəndir”.
...
Əhqaf Suresi, 8. Ayet:
Yoxsa: “Onu uydurdu”, – deyirlər? De ki: “Əgər mən onu uydurmuşamsa, Allahdan gələcək olana (cəzaya) qarşı siz mənim üçün heç bir şey edə bilməzsiniz. O, sizin haqqında (düşüncəsizcə) hay-küy saldığınız şeyi daha yaxşı bilir. Mənimlə sizin aranızda şahid olaraq O yetər! O, çox bağışlayandır, çox mərhəmət
edəndir”.
...
Hucurat Suresi, 14. Ayet:
Bədəvilər: “İman etdik”, – dedilər. De ki: “İman etmədiniz. (Elə isə “İman etdik” deməyin.) “Sadəcə boyun əydik”, – deyin. Hələ iman qəlblərinizə girməyib. Əgər Allaha və peyğəmbərinə itaət etsəniz, etdiklərinizdən heç bir şeyi əskiltməz. Allah çox bağışlayandır, çox mərhəmət
edəndir”.
...