Bəqərə Suresi, 177. Ayet: Yaxşı əməl (ibadət vaxtı) üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və peyğəmbərlərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu qohum-əqrəba, yetimlər, yoxsullar, yolda qalanlar, dilənçilər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, darlıqda, çətinlikdə, eləcə də döyüş vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir....
Yunus Suresi, 24. Ayet: Həqiqətən, dünya həyatının məsəli su
kimidir ki, səmadan nazil edirik, ta onun vasitəsi ilə müxtəlif
göyərtilər ərzdən çıxarar – nədən ki, insanlar və heyvanlar
yeyirlər. Ta onda ki, ərz gözəlləşib və zinətlənə və onun əhli
zənn edələr ki, onları becərib-yığmağa qadirdirlər, birdən
Bizim əmrimiz gecə çağı, ya gündüz yetişib və onların
hamısını biçilmiş edər, sanki, dünənki gün orada heç bir şey
yox idi. Belə müfəssəl bəyan edirik ayətlərimizi fikirləşən
qoum üçün....
Bəqərə Suresi, 61. Ayet: Bir vaxt: “Ey Musa! Biz bir növ yeməyə əsla dözə bilmərik. O halda bizim üçün Rəbbinə yalvar, O, bizə yerdən bitən tərəvəz, qabaq, sarımsaq, mərcimək və soğan versin”, – demişdiniz. O da sizə: “Xeyirli olanı daha aşağı olanla dəyişdirmək istəyirsiniz? Elə isə enin şəhərə! İstədikləriniz orada var”, – demişdi. Beləliklə, zillət və yoxsulluq onları bürüdü. Onlar Allahın qəzəbinə düçar oldular. Bunun səbəbi o idi ki, onlar Allahın ayələrini inkar edər, peyğəmbərləri də haqsız yerə öldürərdilər. Büt...