Həcc Suresi, 40. Ayet: O kəslər ki, haqsız yerə, ancaq “Rəbbimiz Allahdır” - dediklərinə görə yurdlarından (Məkkədən) çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər dağılıb gedərdi (darmadağın edilərdi). Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!...
Loğman Suresi, 20. Ayet: (Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi də vardır ki, nə bir elmi, nə bir doğru yol göstərən rəhbəri, nə də bir nurani (ilahi) kitabı olmadan Allah barəsində mübahisə edər....
Müddəssir Suresi, 31. Ayet: Etdik Biz sahibini odun, ancaq mələklər.
Etdik onların sayını sınaq o kəslər üçün ki, kafirdirlər, ondan
ötrü ki, yəqin bilsinlər o kəslər ki, kitab verilib və artırsınlar o
kəslər ki, inanırlar, imanlarını. Və şübhədə olmasınlar o kəslər
ki, onlara kitab verilib və inananlar. Ondan ötrü ki, deyələr o
kəslər ki, qəlblərində mərəz var və kafirlər: «Bu məsəllə Allah
nə istəyirdi?» Beləcə Allah kimi istəsə zəlalətdə tərk edər və
kimi istəsə doğru yola hidayət edər. Heç kim Rəbbinin
qoşunlar...