Bəqərə Suresi, 231. Ayet: Onda ki, talaq verdiniz qadınlara və yetişdi əcəlləri
onların, saxlayın onları mərifətlə, ya buraxın mərifətlə Və
saxlamayın onları zorla, həddi aşmaq üçün. Və kim fəaliyyət
edərsə bunu, fəqət zülm etdi öz nəfsinə. Və götürməyin
ayətlərini Allahın əyləncəyə. Zikr edin nemətini Allahın
üzərinizə sizin və nə ki, nazil etdi üzərinizə sizin kitabdan və
hikmətdən, nəsihət sizə onunla. Və qorxun Allahdan və bilin
ki, həqiqətən, Allah külli şey ilə Alimdir!...
Maidə Suresi, 95. Ayet: Ay o kəslər ki, inanırsınız! Qətlə yetirməyin ovu və siz,
haramdasınız. Kim sizdən qəsdən öldürərsə, ona öldürdüyü
heyvanların misli qədər cəza düşür. Bunlar sizdən iki nəfər adil
şəxsin hökmü ilə hədiyyə olaraq kəbəyə çatmalı, ya kəffarə
olaraq miskinlərə təam verməli, ya bunun bərabərində yiməs
tutmalı –ondan ötrü ki, əməlinin cəzasını dadsın. Allah bağışlar
onu ki, keçmişdə olub. Kim təkrar edərsə, Allah ondan intiqam
alar. Və Allah Əzizdir, intiqam sahibidir!...
Nur Suresi, 33. Ayet: O kəslər ki, nigah etməyə imkanları yoxdur, gərək iffətli olsunlar, ta Allah Öz fəzlindən onları ehiyacsız edə. Əgər sizin qulluqçularınız sizdən yazı istəsələr, əgər onlarda xeyir bilsəniz, onda o yazını onlara verin və əta edin onlara Allahın malından ki, sizə əta edib. Və cavan kənizlərinizi ki, istəyirlər pak və nəcib qalsınlar, dünya malından ötrü pis işə məcbur etməyin. Kim onları məcbur edərsə, həqiqətən, Allah onların bu kərahətlərindən sonra Ğəfurdur, Rəhimdir! ...
Nəml Suresi, 40. Ayet: O kəs ki, yanında kitabdan elm vardı, dedi: «Mən gələrəm sənin yanına onunla, ondan qabaq ki, sən gözünü yumub açasan». Amma elə ki, gördü onu öz yanında qərar tapmış, dedi: «Bu, Rəbbimin fəzlindəndir ki, məni imtahan etsin – ə, mən şükr edəcəyəm, yoxsa küfr edəcəyəm. Kim şükr edərsə, ancaq öz nəfsi üçün şükr etmişdir. Və kim küfr edərsə, həqiqətən, Rəbbim Qənidir, Kərimdir!» ...
Mümtahinə Suresi, 1. Ayet: Ay o kəslər ki,
inanırsınız! Mənim düşmənimi və öz düşməninizi dost
tutmayın! Siz onlarla dost kimi məhəbbətlə görüşürsünüz,
onlar isə kafir oldular, nə ki, gəldi sizə haqdan. Xaric edirlər
rəsulu və sizi, ondan ötrü ki, inanırsınız Allah ilə – Rəbbiniz ilə
sizin. Əgər çıxırsınız cihada Mənim yolumda və Mənim
razılığımı axtarmağa, siz onlara məhəbbətinizi sirli etdiniz.
Mən bilirəm nə ilə ki, məxfi etdiniz və nə ki, elan etdiniz. Kim
fəailiyyət edərsə onu sizdən, fəqət zəlil olub yoldan....
Maidə Suresi, 12. Ayet: And olsun ki, Allah İsrail oğullarından möhkəm bir söz almışdı. Onlardan on iki nümayəndə – başçı – seçmişdik. Allah belə demişdi: “Sizinləyəm. And olsun ki, əgər namazı qılar, zəkatı verər və elçilərimə inanar, onları dəstəkləyərsinizsə, (kasıblara ürəklə köməklik göstərərək) Allaha gözəl bir borc verərsinizsə, əlbəttə, sizin pisliklərinizi örtərəm və and olsun, sizi içindən çaylar axan cənnətlərə qoyaram. Ancaq bundan sonra sizdən kim inkar edərsə, mütləq o, doğru yoldan azmışdır”....
Şura Suresi, 48. Ayet: Buna baxmayaraq, əgər onlar üz çevirirlərsə, bilsinlər ki, Biz səni onların üzərinə bir gözətçi olaraq göndərmədik. Sənə düşən, sadəcə, təbliğdir. Və Biz şübhəsiz ki, insana tərəfimizdən bir mərhəmət daddırdığımız zaman, ona sevindi. Əgər əlləri ilə etdikləri üzündən özlərinə bir pislik isabət edərsə də, o zaman görərsən ki, şübhəsiz, o insan çox nankordur....