Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 73. Ayet:
Səmud qövmünə də qardaşları Salehi (peyğəmbər) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur! Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəlmişdir. Bu, sizin üçün bir möcüzə olaraq Allahın (göndərdiyi) dişi dəvəsidir. Onu buraxın Allahın torpağında otlasın. Ona pislik etməyin, yoxsa sizə acı bir əzab toxunar! (Allah Saleh peyğəmbəri Səmud qövmünə peyğəmbər göndərdikdən sonra onlar belə deyirdilər: “Əgər sən həqiqətən peyğəmbərsənsə, dua et ki, bu qaya...
Bəqərə Suresi, 256. Ayet:
Dində məcburiyyət (zorakılıq) yoxdur. Doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edilmişdir. Artıq kim Tağutu (bütləri və ya şeytanları) inkar edib Allaha iman gətirərsə, o, heç vaxt qırılmayan ən möhkəm qulpdan yapışmış olar. Allah hər şeyi eşidəndir, biləndir! (Bu ayədəki “dində məcburiyyət yoxdur” ifadəsi ilə insanların zorla İslam dinini qəbul etməyə məcbur edilməsinin doğru olmadığı qəsd
edilir.)
...
Tövbə Suresi, 25. Ayet:
Həqiqətən, bir çox yerdə, həmçinin Hüneyn günü (baş verən döyüşdə) Allah sizə yardım etmişdi. O zaman çoxluğunuz xoşunuza gəlmiş, ancaq bu sizə heç bir fayda verməmişdi. Genişliyinə rəğmən yer üzü sizə dar gəlmiş, sonra da geri dönmüşdünüz. (Məkkənin fəthindən sonra on iki minlik müsəlman ordusu Həvazin və Saqif qəbilələrinin üstünə hücum etmişdi. İslam ordusunun sayca çoxluğunu görən bəzi müsəlmanlar öz aralarında: “Bu ordu artıq məğlub olmaz!” - deyərək qürurlanmışdılar. Ancaq Hüneyn vadisində...
Nisa Suresi, 81. Ayet:
(Ey Rəsulum! Sənə:) “Baş üstə!” - deyirlər. Sənin yanından çıxıb getdikləri zaman isə onların bir qismi, sənin dediyindən başqa bir şeyi gizlicə planlaşdırır. Allah onların gizlicə planladıqlarını yazır. Elə isə, onlardan üz çevir və Allaha təvəkkül et! Vəkil olaraq Allah yetər. (Münafiqlər iman gətirmədikləri halda Həzrət Peyğəmbərin (s.ə.s.) hüzurunda ikən, o nə deyərsə, onu qəbul edib özlərini itaət edirmiş kimi göstərirdilər. Onun hüzurundan çıxdıqdan sonra isə gecələri gizli-gizli planlar q...
Ənfal Suresi, 17. Ayet:
(Döyüşdə) Onları siz öldürmədiniz, lakin Allah onları öldürdü. Atdığın zaman sən atmadın, lakin Allah atdı. Allah bunu, möminləri yaxşı bir imtahanla sınamaq üçün etdi. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir. (Bədr döyüşündə Qüreyş ordusu müsəlmanlara hücum etdiyi bir vaxtda Həzrət Peyğəmbər əllərini açaraq dua etmiş və sonra yerdən bir ovuc torpaq götürərək düşmənlərin olduğu istiqamətə sərpmişdi. Bunun nəticəsində onların gözləri tutulmuş və beləcə məğlub olmuşdular. Yuxarıdakı ayədə ...
Ənfal Suresi, 36. Ayet:
Həqiqətən, kafirlər mallarını (insanları) Allah yolundan döndərmək üçün xərcləyirlər, (bundan sonra da) xərcləyəcəklər. Sonra bu onlar üçün bir peşmançılıq olacaq, bunun ardınca da məğlub olacaqlar. Kafirlər cəhənnəmə toplanacaqlar. (Bədr və digər döyüşlərdə müşriklər bütün sərvətlərini ortaya qoyaraq müsəlmanları məğlub etmək üçün əllərindən gələni etdilər, ancaq axırda özləri məğlub oldular. Yuxarıdakı ayədə onların bu əməllərinə işarə
edilir.)
...
Əhqaf Suresi, 11. Ayet:
Kafirlər iman gətirənlər barəsində: “Əgər o (İslam dini) yaxşı bir şey olsaydı, onlar bu məsələdə bizdən önə keçə bilməzdilər”, - deyirlər. Ancaq onlar bununla doğru yola gəlmək istəmədikləri üçün: “Bu, keçmişdən qalan bir yalandır!” - deyəcəklər. (İslamı ilk qəbul edənlər əsasən kölələr, kasıblar və acizlər olduğu üçün Qüreyş qəbiləsinin öndərləri İslamın xeyir gətirmədiyini və bunun da İslam dinini qəbul edənlərin səviyyələrindən bəlli olduğunu iddia etmişdilər. Yuxarıdakı ayədə onların bu hər...
Nəhl Suresi, 56. Ayet:
Onlar özlərinə verdiyimiz ruzidən (mahiyyətini) bilmədikləri şeylərə (bütlərə) pay ayırırlar. Allaha and olsun ki, iftira yaxdığınız şeylərə görə mütləq sorğu-sual olunacaqsınız! (İslamdan əvvəl bəzi bütpərəst ərəblər əkinlərin və heyvanların bir qismini Allah və bütlər arasında bölüşdürərək: “Bu Allahın, bu da bütlərimizin payıdır!” - deyirdilər. Yuxarıdakı ayədə bütpərəstlərin bu hərəkətlərinə işarə
edilir.)
...
Furqan Suresi, 40. Ayet:
Həqiqətən, (Məkkəli müşriklər) fəlakət yağışına tutulmuş şəhərə gəlmişdilər. Bəs oranı görmədilərmi? Xeyr, onlar yenidən dirilməyi ümid etmirlər. (Təfsirlərdə qeyd edildiyinə görə, bu ayədə Məkkəli müşriklərin ticarət məqsədilə getdikləri Şam səfərləri əsnasında küfrləri səbəbilə daş yağmuruna məruz qalaraq məhv edilmiş Lut qövmünün xarabalıqlarını gördükləri halda bundan ibrət götürmədiklərinə işarə
edilir.)
...
Furqan Suresi, 45. Ayet:
Rəbbinin kölgəni necə uzatdığını görmədinmi?! Əgər diləsəydi, əlbəttə, onu sabit saxlayardı. Sonra Biz günəşi onun üçün bir dəlil etdik. (Burada yerin günəş ətrafındakı hərəkəti səbəbilə kölgənin uzanıb qısaldığına işarə
edilir.)
...
Səcdə Suresi, 5. Ayet:
O, göydən yerə qədər hər bir işi idarə edir. Sonra (bütün işlər) sizin hesablamanıza görə min il qədər olan bir gündə Ona doğru yüksələr. (Bəzi təfsirçilərə görə, Allah dərgahındakı bir günün, insanların hesabladığı müəyyən bir müddətə bərabərliyi yoxdur. Yuxarıdakı ayədə, Allah dərgahındakı bir günün insanların hesabladığı min il kimi olduğu ifadə edildiyi halda, “Məaric” surəsində Allah dərgahındakı bir günün, insanların nəzdindəki əlli min il kimi olduğu bildirilir. Yəni, “gün” ifadəsi ilə mü...
Səba Suresi, 6. Ayet:
Elm verilmiş kimsələr Rəbbindən sənə nazil edilənin (Quranın) haqq olduğunu və onun yenilməz qüvvət sahibi, şükrə layiq olan Allahın yoluna yönəltdiyini görürlər. (Təfsirlərdə, elm verilmiş kimsələrin səhabələr, yaxud kitab əhlindən müsəlman olan kimsələr olduğu qeyd
edilir.)
...
Sad Suresi, 8. Ayet:
Quran aramızdan məhz onamı (Mühəmmədəmi) nazil oldu?” Xeyr! Onlar nazil etdiyim Quran barədə şübhə içindədirlər. Xeyr! Onlar hələ əzabımı dadmayıblar. (Yuxarıdakı ayələrdə Həzrət Peyğəmbərin də dəvət edildiyi Əbu Talibin evindəki yığıncağa işarə
edilir.)
...
Zuxruf Suresi, 15. Ayet:
Onlar isə Allahın qullarından bir qismini Onun bir hissəsi kimi qəbul etdilər. Həqiqətən, insan açıq-aşkar nankordur. (Bu ayədə bəzi yəhudilərin Üzeyri, xristianların da İsanı Allahın oğlu hesab etdiklərinə, həmçinin müşriklərin mələkləri Allahın qızları kimi qəbul etdiklərinə işarə
edilir.)
...
Həşr Suresi, 11. Ayet:
Münafiqlərin kitab əhlindən inkar edən qardaşlarına: “Əgər siz yurdunuzdan çıxarılsanız, əlbəttə, biz də sizinlə birlikdə çıxacağıq. Sizin əleyhinizdə heç kimə itaət etmərik! Əgər onlar sizinlə vuruşarlarsa, mütləq sizə yardım edəcəyik!” - dediklərini görmədinmi? Allah onların yalançı olduqlarına şahidlik edir. (Yuxarıdakı ayədə münafiqlərin başçısı Abdullah ibn Übeyyin yəhudilərdən Nəzir oğulları ilə məktublaşmasına işarə
edilir.)
...
Qəsəs Suresi, 44. Ayet:
(Ey Peyğəmbər!) Musaya o əmri vəhy etdiyimiz əsnada sən qərb tərəfdə deyildin. Sən (bu hadisəyə) şahid olanlardan da deyildin. (Bu ayədə Həzrət Musanın Tur dağında Allahdan vəhy alması hadisəsinə işarə edilir və Həzrət Peyğəmbərin o əsnada Tur dağında, yaxud qərb tərəfdə Həzrət Musanı gözləyən insanların arasında olmadığı xatırladılır. Beləcə, bütün bu məlumatların vəhy yolu ilə Həzrət Peyğəmbərə bildirildiyi ifadə
edilir.)
...
Fil Suresi, 1. Ayet:
Rəbbinin fil sahiblərinə nə etdiyini görmədinmi?! (Bu ayədə Kəbəni yıxmaq məqsədilə Məkkəyə hücum edən Əbrəhə və onun fillərdən ibarət olan ordusunun məhv edilməsindən bəhs
edilir.)
...
Bürüc Suresi, 10. Ayet:
Şübhəsiz, mömin kişilərə və möminə qadınlara əzab və işkəncə verib sonra da tövbə etməyən kimsələr üçün cəhənnəm(in cürbəcür) əzabı və yandırıb-yaxan atəş əzabı vardır. (Bu ayədə ilk üç andın məqsədi göstərilir və dördüncü ayədən doqquzuncu ayəyədək and içilənlərin başlarına gətirilənlər şərh
edilir.)
...