Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Hicr Suresi, 22. Ayet:
Küləkləri də dölləndirici olaraq göndərdik və göydən su endirdik. Beləcə, o sudan sizə içirtdik. Halbuki (Biz bunu etməsəydik, ehtiyat üçün) siz onu yığıb saxlaya bilməzdiniz! (Yuxarıdakı ayədə küləklərin dölləndirici olaraq göndərildiyi ifadə
edilməkdədir.
Bu gün elmi tədqiqatlar yağışın yağmasında küləyin böyük rol oynadığını, eyni zamanda külək əsərkən bitkilərdə də onun vasitəsilə tozlanma getdiyini isbat etmişdir.)...
Nəhl Suresi, 59. Ayet:
Ona verilən pis müjdə səbəbilə insanlardan gizlənər. O, onu (qız övladını) zəlillik içində yanındamı saxlasın, yoxsa torpağamı basdırsın (deyə düşünər). Görün, verdikləri hökm necə də pisdir! (Hüzaa və Kinanə qəbilələri: “Mələklər Allahın qızlarıdır!” - deyirdilər. Halbuki özləri qız uşaqlarını diri-diri torpağa basdırırdılar. Yuxarıdakı ayədə onların bu hərəkətləri təsvir
edilməkdədir.
)...