Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 104. Ayet:
Ey iman gətirənlər! “Raina” (bizə qayğı göstər) deməyin! “Unzurna” (Bizə bax) deyin! Siz (Allahın hökmünə) qulaq asın! Kafirlər üçün şiddətli bir əzab vardır. (Həzrət Peyğəmbər (s.ə.s.) əshabına bir şey öyrədərkən onlar “bizə qayğı göstər” kimi mənalara gələn “Raina” sözünü işlədirdilər. İbrani dilində də söymək mənasına gələn buna yaxın bir söz vardı. Yəhudilər öz dillərindəki mənasını nəzərdə tutaraq bu sözlə Həzrət Peyğəmbərə (s.ə.s.) xitab etməyə başladılar. Bu səbəbdən yuxarıdakı ayə nazil ...
Bəqərə Suresi, 194. Ayet:
Haram ay haram ay müqabilindədir. Haram olanlara (qadağalara) riayət etmək qarşılıqlıdır. Kim sizə qarşı həddi aşarsa, siz də həmin ölçüdə ona qarşı həddi aşın! Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir. (Bu ayədə Həzrət Peyğəmbərin (s.ə.s.) dövründə müsəlmanlarla Məkkə müşrikləri arasında imzalanan Hüdeybiyyə müqaviləsinə və oradakı qarşılıqlı razılığa işarə
edilmişdir.)
...
Hud Suresi, 12. Ayet:
(Ey peyğəmbər!) Onların: “Ona bir xəzinə endirilməli, yaxud onunla birlikdə bir mələk gəlməli deyildimi?!” - demələri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini (təbliğ etməyi) tərk edəcəksən və buna görə ürəyin sıxılacaq. Sən ancaq xəbərdar edənsən. Allah hər şeyə vəkildir. (Müşriklər bəzən Həzrət Peyğəmbərdən göydən xəzinələr endirilməsini və ya onlara mələk göndərilməsini tələb edirdilər. Onların bu inadkar hərəkətləri Həzrət Peyğəmbəri çox kədərləndirirdi. Çünki onlara möcüzə gəlsə b...
Hud Suresi, 56. Ayet:
Şübhəsiz, mənim də, sizin də Rəbbiniz olan Allaha təvəkkül etmişəm. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim doğru yoldadır. (Bu ayədəki “kəkilindən tutmaq” ifadəsi ilə hər bir canlının idarəsi və hakimiyyətinin Allahın əlində olduğu nəzərdə tutulmuşdur. Allahın doğru yolda olması isə, ədalətli olması kimi izah
edilmişdir.)
...
Maidə Suresi, 7. Ayet:
Allahın sizə olan nemətini və: “Eşitdik və itaət etdik!” - dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın! Allahdan qorxun! Şübhəsiz, Allah ürəklərdə olanları biləndir. (Yuxarıdakı ayədə bəhs olunan əhd həm “Qalü-bəla” günündə bütün ruhların Allaha verdiyi söz, həm də Əqəbə və Hüdeybiyyədə müsəlmanların Allaha və Rəsuluna verdikləri söz kimi təfsir
edilmişdir.)
...
Nisa Suresi, 3. Ayet:
Əgər (özləri ilə evləndiyinizdə) yetim qızlar barəsində ədalətli ola bilməyəcəyinizdən qorxsanız, bəyəndiyiniz qadınlardan ikisi, üçü, dördü ilə nikah bağlayın! Əgər ədalətli ola bilməməkdən qorxsanız, onda, tək bir qadınla və ya sahib olduğunuz kənizlərlə (kifayətlənin)! Haqsızlığa yol verməməyiniz üçün ən uyğun olan budur. (Qadının dünyaya uşaq gətirmə qabiliyyətinin olmaması, müharibə nəticəsində kişilərin sayının azalması və s. səbəblərdən İslamda kişilər üçün çox evliliyə icazə verilmişdir....
Nisa Suresi, 46. Ayet:
Yəhudilərin bir qismi sözlərin yerini dəyişdirir və dillərini əyib-büzərək dinə tənə vurmaq məqsədilə: “Eşitdik və qarşı çıxdıq! Eşit! Eşitməz olasan! “Raina!” (Bizə qayğı göstər!) - deyirlər. Əgər onlar: “Dinlədik və itaət etdik. Dinlə və bizə bax!” - desəydilər, şübhəsiz ki, bu onlar üçün daha yaxşı və daha doğru olardı. Lakin küfrləri səbəbilə Allah onlara lənət etmişdir. Az bir hissəsi istisna olmaqla, onlar iman gətirməzlər. (Yəhudilər, Allahın onlara göndərdiyi Tövratı təhrif edərək, ondak...
Ənfal Suresi, 19. Ayet:
(Ey kafirlər!) Əgər siz qələbə (hökm) istəyirsinizsə, artıq sizə qələbə (hökm) gəlmişdir. Əgər (küfrdən) əl çəksəniz, bu sizin üçün daha xeyirli olar. Əgər təkrar (peyğəmbərə qarşı düşmənçiliyə) qayıtsanız, Biz də (ona yardım etmək üçün) qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizi heç cür müdafiə edə bilməz. Çünki Allah möminlərlə bərabərdir. (Məkkəli müşriklər Bədr döyüşündə müsəlmanlardan sayca üstün olduqlarına arxalanaraq qalib gələcəklərini və Mədinəyə girərək müsəlmanları məhv edəcəklər...
Ənfal Suresi, 35. Ayet:
Onların, Kəbənin yanındakı duası fit vermək və əl çalmaqdan başqa bir şey deyildir. Elə isə inkar etdiyinizə görə dadın əzabı! (Rəvayətə görə, cahiliyyə dövründə müşrik kişi və qadınlar Kəbəni çılpaq təvaf edirdilər. Təvaf əsnasında onlar fit çalır və əlləri ilə alqış tuturdular. Bu, onlara görə dua sayılırdı. Yuxarıdakı ayədə onların bu batil əməllərinə işarə
edilmişdir.)
...
Ənfal Suresi, 60. Ayet:
Onlara (düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və (müharibə üçün) bağlanmış atları hazırlayın! Bunlarla, Allahın və sizin düşməninizi, həmçinin Allahın bilib sizin bilmədiyiniz başqa kimsələri qorxudarsınız. Allah yolunda nə xərcləsəniz, sizə tam olaraq ödənilər və siz heç bir haqsızlığa məruz qalmazsınız. (Yuxarıdakı ayədə Allah-Təala müsəlmanların düşmənə qarşı hər cür tədbir almasını əmr edir. O dövrdə müharibədə atlar böyük rol oynadığı üçün ona işarə
edilmişdir.)
...
Nəhl Suresi, 67. Ayet:
Xurma və üzümün meyvələrindən də içki və gözəl qidalar əldə edirsiniz. Şübhəsiz ki, bunda düşünənlər üçün bir dəlil vardır. (Bu ayə hələ spirtli içkilər haram edilmədən əvvəl Məkkədə nazil olmuşdur. Daha sonra nazil olan ayələrlə içki bir mənalı olaraq haram
edilmişdir.)
...
İsra Suresi, 11. Ayet:
İnsan (özü üçün) xeyir istədiyi kimi, şər də istəyər. Axı insan çox tələskəndir. (Bu ayə insanın psixoloji yönlərinə işarə edir. Çünki insan hirsləndiyində, yaxud böyük bir çətinliklə üzləşdiyində səbir etmək əvəzinə tezliklə bu sıxıntıdan xilas olmaq istəyir. Bu arzusu həyata keçmədikdə isə özünə bəddua edir və ya daha böyük səhvlərə yol verir. Yuxarıdakı ayədə buna işarə
edilmişdir.)
...
İsra Suresi, 44. Ayet:
Yeddi göy, yer və onların içindəkilər Onu təsbeh edir (şəninə təriflər deyir). Onu həmd ilə təsbeh etməyən heç bir şey yoxdur. Lakin onların təsbeh etməsini siz anlamazsınız. Həqiqətən, O həlimdir, bağışlayandır. (Təbiət elmlərinin inkişaf etməsi sayəsində yuxarıdakı ayə daha yaxşı anlaşılır. Belə ki, təbiətdəki canlı və cansız hər şey atomdan meydana gəlir. Atomun içindəki elektronlar da daim və müntəzəm şəkildə atomun nüvəsi ətrafında dönməkdədir. Ola bilsin ki, onların bu şəkildə hərəkət etmə...
İsra Suresi, 78. Ayet:
Günorta vaxtından gecənin qaranlığına qədər (müəyyən vaxtlarda) namaz qıl! Bir də sübh namazını (qıl)! Şübhəsiz ki, sübh namazı (mələklər tərəfindən) müşahidə olunur. (Təfsirçilərə görə, bu ayə beş vaxt namaza işarə edir. Belə ki, günortadan sonrakı namazlar günorta və ilkindi namazları, günəşin batmasından sonrakı namazlar da axşam və yatsı namazlarıdır. Sübh namazı isə xüsusi olaraq qeyd
edilmişdir.)
...
Kəhf Suresi, 28. Ayet:
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan kimsəyə boyun əymə! (Qüreyş qəbiləsinin başçılarından bəziləri Həzrət Peyğəmbərdən (s.ə.s.), Allaha və Peyğəmbərə səmimi-qəlbdən bağlı olan yoxsul möminləri qovmasını istəmiş və bu təqdirdə onunla görüşə biləcəklərini bildirmişdilər. Buna görə də yu...
Loğman Suresi, 10. Ayet:
O, göyləri görə biləcəyiniz dirəklər olmadan yaratdı. Sizi yırğalamasın deyə yerə uca dağlar yerləşdirdi və onun hər tərəfinə növbənöv canlılar yaydı. Biz göydən su endirib onunla orada hər növ gözəl bitkidən bitirdik. (Müasir bəzi təfsirlərdə göylərin dirəksiz yaradılması “cazibə qüvvəsi” kimi izah
edilmişdir.)
...
Səba Suresi, 51. Ayet:
Kaş onları qorxduqları zaman görəydin! Artıq (Bizdən) qurtuluş yoxdur. Onlar yaxın bir yerdə yaxalandılar. (Təfsirlərdə kafirlərin qorxduqları zaman “ölüm anı”, “qəbirdən dirilib qalxma zamanı” və ya “Bədr döyüşünün olduğu vaxt” kimi izah edilmişdir. Yaxın bir yerdə yaxalanmaları da, “torpaqdan məzara”, “məhşər yerindən cəhənnəmə”, yaxud “Bədr döyüşündən sonra Bədr quyularının yanına aparılmaları” kimi izah
edilmişdir.)
...
Zümər Suresi, 6. Ayet:
O sizi tək bir candan (Adəmdən) xəlq etdi. Sonra ondan zövcəsini (Həvvanı) yaratdı. Sizin üçün heyvanlardan səkkiz cift meydana gətirdi. O sizi analarınızın bətnində üç qaranlıq içində şəkildən şəklə salaraq yaradır. Bu, Rəbbiniz olan Allahdır. Hakimiyyət Onundur. Ondan başqa heç bir ilah yoxdur. Bəs necə olub (haqdan) döndərilirsiniz?! (Bu ayədə keçən “səkkiz cift” ifadəsi ilə erkək və dişi olmaqla dəvə, inək, qoyun və keçi nəzərdə tutulmuşdur. Ayədəki “üç qaranlıq” ifadəsi bəzi təfsirçilər tər...
Zuxruf Suresi, 61. Ayet:
Həqiqətən, o (İsa), qiyamət vaxtını bildirən bir əlamətdir. Ona görə də əsla ondan şübhə etməyin və Mənə tabe olun! Doğru yol budur. (Bəzi təfsirçilərə görə, bu ayədə Həzrət İsanın qiyamət üçün bir əlamət olduğu ifadə edilərək axırzamanda onun təkrar dünyaya qayıdacağına işarə
edilmişdir.)
...
Tur Suresi, 4. Ayet:
And olsun Beyti-məmura! (“Beyti-məmur” ifadəsi “Kəbə”, yaxud “səmada mələklərin təvaf etdiyi bir məqam” olaraq təfsir
edilmişdir.)
...
Taha Suresi, 115. Ayet:
Şübhəsiz ki, daha əvvəl Adəmə də (müəyyən şeyləri) əmr etmişdik. Ancaq o unutdu. Biz onda əzmkarlıq görmədik. (Həzrət Adəm Allahın qadağan etməsinə baxmayaraq, şeytanın vəsvəsəsi ilə qadağan olunmuş ağacın meyvəsindən yemiş və sözündə durmamışdı. Yuxarıdakı ayədə bu hadisəyə işarə
edilmişdir.)
...