Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Maidə Suresi, 103. Ayet:
Allah nə bəhirəni, nə saibəni, nə vəsiləni, nə də hamini (şəriətə uyğun) etmişdir. Lakin kafirlər Allaha yalandan iftira atırlar. Onların əksəriyyəti düşünüb dərk etmirlər. (Cahiliyyə dövründə ərəblər arasında heyvanlarla bağlı batil bir inanc vardı. Belə ki, onlar müəyyən səbəblərdən bəzi heyvanları ya bütlərə qurban edir, ya da sərbəst buraxırdılar. Məsələn beş dəfə doğan və beşinci balası dişi olan dəvəyə “bəhirə” deyir, qulağına iz qoyur, südü sağılmadan bütlər üçün saxlayırdılar. Bütlər üçü...
Hud Suresi, 40. Ayet:
Nəhayət, (onları məhv etmək barəsində) əmrimiz gəldiyi və təndir qaynadığı (təndirdən və ya yer üzündən, yaxud gəminin qazanından su qaynayıb daşdığı) zaman (Nuha) dedik: “Hər heyvandan biri
erkək,
biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə (ölümünə) əvvəlcədən hökm verilmiş şəxslər istisna olmaqla, qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir!” Əslində onunla birlikdə (tayfasından) çox az adam iman gətirmişdi....
Möminun Suresi, 27. Ayet:
Biz (Nuha) belə vəhy etdik: “Gözlərimiz önündə (nəzarətimiz altında) və vəhyimiz üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt. Nəhayət, (onları məhv etmək barəsində) əmrimiz gəldiyi və təndir qaynadığı (təndirdən və ya yer üzündən, yaxud gəminin qazanından su qaynayıb daşdığı) zaman hər heyvandan biri
erkək,
biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə (ölümünə) əvvəlcədən hökm verilmiş kimsələr istisna olmaqla, (qalan) ailə üzvlərini (və iman gətirənləri) gəmiyə mindir. Zülm (küfr) edənlər barə...
Ənam Suresi, 143. Ayet:
Səkkiz cütü (səkkiz təki cütü ilə birlikdə) – qoyundan iki baş (bir
erkək,
bir dişi) və keçidən iki baş (bir
erkək,
bir dişi yaratdı). (Yaxud: Səkkiz cüt yaratdı, qoyundan iki cüt (əhliləşdirilmiş və vəhşi) və keçidən iki cüt (əhliləşdirilmiş və vəhşi). De: «Allah o ikisinin erkəklərini haram edib, yoxsa dişilərini?! Yoxsa o iki dişinin qarınlarındakı (balaları)nı?! Əgər doğruçusunuzsa, mənə elm və biliyə əsaslanaraq xəbər verin.»...