Loğman Suresi, 20. Ayet: (Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi də vardır ki, nə bir elmi, nə bir doğru yol göstərən rəhbəri, nə də bir nurani (ilahi) kitabı olmadan Allah barəsində mübahisə edər....
Nisa Suresi, 23. Ayet: Sizə (bunlarla evlənməyiniz) haram qılındı. Analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınız qızları, bacınız qızları, süd ananız, süd bacınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızdan olub evlərinizdə olan ögey qızlarınız. Lakin əgər onlarla hələ yaxınlıq etməmişsinizsə, o təqdirdə (onlarla evlənməyinizdə) sizin üzərinizə bir günah yoxdur. Sizin nəslinizdən gələn oğullarınızın qadınları və iki bacını birlikdə almağınız haramdır. Keçmişdə olanlar istisn...