Tövbə Suresi, 91. Ayet: Allah və Peyğəmbəri üçün (insanlara) öyüd-nəsihət verəcəkləri təqdirdə, acizlərə, xəstələrə, (döyüşə minik, yaxud silah almaq üçün) xərcləməyə bir şey tapa bilməyənlərə (döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənlərə heç bir qınaq yoxdur. Allah bağışlayandır, rəhm edəndir. (Xəstə, aciz və kasıb olan müsəlmanlar döyüşə getməyib evlərində qaldıqları təqdirdə, fitnə çıxarmaz, döyüşə gedənlərin ailələrinə yardım edər və digər gözəl işlər görərlərsə, onlar üçün hər hansı bir günah yox...
Maidə Suresi, 3. Ayet: Ölü heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, zərbə ilə öldürülmüş, yıxılıb ölmüş, başqa heyvan tərəfindən öldürülmüş, vəhşi heyvan tərəfindən dağıdılmış, - (murdar olmazdan əvvəl) kəsdiyiniz istisna olmaqla, - və bütlər üçün kəsilmiş (heyvanlar) və fal oxları ilə qismət axtarmanız sizə haram edildi. Bunlara (əməl etməmək) yoldan azmaq deməkdir. Kafirlər bu gün dininizdən ümidlərini kəsmişlər. Artıq siz onlardan qorxmayın, Məndən qorxun! Mən bu gün sizin üçün dinini...