Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ali-İmran Suresi, 64. Ayet:
De: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (ortaq) bir sözə gəlin! (Beləki,) Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul
etməyək!”
Əgər yenə də onlar üz döndərərlərsə, belə deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”...
Ali-İmran Suresi, 64. Ayet:
(Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul
etməyək!”
Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!”...
Ali-İmran Suresi, 64. Ayet:
De: “Ey Kitab əhli! Bizimlə öz aranızda eyni bir sözə [fikrə] gəlin ki, ancaq Allaha ibadət edək, heç nəyi Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi rəbblər
etməyək!”
Əgər onlar üz döndərərlərsə, onda: “Bizim müsəlman [Allaha təslim] olduğumuza şahid olun!"- deyin....