Bəqərə Suresi, 83. Ayet: Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” – deyə əhd-peyman aldıq. Sonra, az bir qisminiz müstəsna olmaqla, əhdinizdən döndünüz, çünki siz (İsrail övladı haqdan) üz döndərənsiniz....
Əraf Suresi, 73. Ayet: And olsun ki, Biz, Səmuda da qardaşları Salehi elçi olaraq göndərdik. O dedi ki: "Ey qövmüm! Allaha bəndəlik edin, sizin üçün Ondan başqa bir məbud yoxdur. Sizə Rəbbinizdən açıq-aşkar bir sübut gəldi. Bax bu, Allahın dəvəsi/sosial yardım və köməkləşmə prinsipi, sizin üçün bir ayədir; qoyun o, Allaha məxsus yer üzündə yerin, aman, ona pislik etməyin, yoxsa sizi üzücü bir əzab yaxalayacaqdır. ...