Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 105. Ayet:
Allah barəsində yalnız həqiqəti söyləmək mənim borcumdur. Mən sizə Rəbbinizdən açıq-aşkar bir dəlil gətirmişəm. İsrail oğullarını mənimlə bərabər göndər (azad et)!” (İsrail oğulları daha əvvəl Həzrət Yusif peyğəmbər Misirdə xəzinədar ikən ataları Həzrət Yaqub peyğəmbərlə birlikdə Fələstindən köçərək Misirə yerləşmişdilər. Daha sonraları Misirin fironları onları qul kimi işlətdilər və onlara müxtəlif əzab-əziyyətlər verdilər. İsrail oğullarından olan Həzrət Musa da Firona, öz xalqını Misirdən çıx...
Hud Suresi, 64. Ayet:
Ey qövmüm! Bu, sizin üçün möcüzə olan Allahın dişi dəvəsidir. Buraxın Allahın torpağında otlasın. Ona zərər verməyin! Yoxsa yaxın bir əzab sizi yaxalayar”. (Rəvayətə görə, Saleh peyğəmbərin qövmü ondan möcüzə göstərməsini və möcüzə olaraq qayanın içindən bir dəvə çıxartmasını tələb etmişdi. Saleh peyğəmbər də iman gətirəcəklərinə dair onlardan söz aldı və namaz qılıb bunun üçün Allaha dua etdi. Allah onun duasını qəbul etmiş, möcüzə olaraq qayadan bir dəvə çıxartmış və ona heç kimin zərər verməm...
Ənfal Suresi, 9. Ayet:
(Xatırlayın ki,) o zaman siz Rəbbinizdən yardım diləmişdiniz. O da: “Mən sizə, bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm!” – deyə sizin duanızı qəbul etmişdi. (Həzrət Peyğəmbər Bədr döyüşündə səhabələrin az, müşriklərin isə çox olduğunu görən zaman qibləyə yönələrək əllərini uzatmış və dua etmişdi. Allah-Təala da onun duasını qəbul etmiş və min mələklə ona yardım
etmişdi.)
...
Ənbiya Suresi, 78. Ayet:
Davudu və Süleymanı da (yad et)! Bir zaman onlar bir əkin sahəsi barəsində hökm verirdilər. Belə ki, bəzi adamların qoyunları gecə vaxtı başıboş bir halda ora girib ziyan vermişdi. Biz onların hökmünə şahid idik. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, əkin sahəsinin sahibi ilə qoyun sürüsünün sahibləri arasındakı mübahisədə Həzrət Davud və Həzrət Süleyman bir-birindən fərqli hökm vermişdilər. Həzrət Davud ziyan vurulmuş əkin sahəsinin dəyərinin, qoyunların qiymətinə bərabər olduğunu bildirə...
Ənbiya Suresi, 87. Ayet:
Zünnunu da (Yunisi də yad et)! Bir zaman o, qəzəbli bir halda çıxıb getmiş və ona gücümüzün çatmayacağını zənn etmişdi. Nəhayət, (balığın qarnında) qaranlıqda ikən o, belə səslənmişdi: “(Ey Rəbbim!) Səndən başqa heç bir ilah yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam”. (“Zünnun” Yunis peyğəmbərin ləqəbidir və “balıq sahibi” mənasına gəlir. Balıq onu udduğu üçün ona bu ləqəb verilmişdir. Yunis peyğəmbər uzun müddət qövmünü haqq dinə dəvət etmiş, ancaq insanların ona inanma...
Müzzəmmil Suresi, 1. Ayet:
Ey örtünüb bürünən! (İlk vəhy gəldikdən sonra Həzrət Peyğəmbər Həzrət Cəbraili əsil surətində görmüş və qorxudan bədəni tir-tir titrəmişdi. Buna görə də birbaşa evinə qayıtmış və zövcəsi Xədicəyə: “Mənim üstümü örtün!” - demişdi. Bu hadisədən sonra Cəbrail təkrar ona vəhy gətirərək yuxarıdakı ayə ilə xitab
etmişdi.)
...