Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 4. Ayet:
Biz neçə-neçə məmləkətləri məhv etdik. Beləcə, əzabımız onlara gecə, yaxud gündüz istirahət edərkən gəlmişdi. (Allah Lut peyğəmbərin qövmünü gecə, Şüeyb peyğəmbərin qövmünü isə gündüz vaxtı məhv
etmişdir.)
...
Hud Suresi, 78. Ayet:
Qövmündən olan kişilər qaçaraq onun yanına gəldilər. Onlar daha əvvəl də pis işlər görürdülər. Lut dedi: “Ey qövmüm! Baxın, bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın qabağında məni biabır etməyin! İçinizdə ağlı başında bir adam yoxdurmu?” (Bəzi təfsirçilərə görə, Həzrət Lutun qövmünə evlənmələri üçün təklif etdiyi qızlar öz qızları deyil, qövmünün qızları idi. Hər peyğəmbər öz qövmünün mənəvi atası sayıldığı üçün, o da: “Baxın, bunlar mənim qızl...
Hicr Suresi, 22. Ayet:
Küləkləri də dölləndirici olaraq göndərdik və göydən su endirdik. Beləcə, o sudan sizə içirtdik. Halbuki (Biz bunu etməsəydik, ehtiyat üçün) siz onu yığıb saxlaya bilməzdiniz! (Yuxarıdakı ayədə küləklərin dölləndirici olaraq göndərildiyi ifadə edilməkdədir. Bu gün elmi tədqiqatlar yağışın yağmasında küləyin böyük rol oynadığını, eyni zamanda külək əsərkən bitkilərdə də onun vasitəsilə tozlanma getdiyini isbat
etmişdir.)
...
Nəhl Suresi, 42. Ayet:
Onlar Rəbbinə təvəkkül edən səbirli kəslərdir. (Yuxarıdakı iki ayədə xəbər verilən kimsələr, başda Həzrət Peyğəmbər (s.ə.s.) olmaqla Qüreyşlilərin zülmündən qaçaraq hicrət edənlərdir. Həqiqətən də, hicrətdən sonra Allah-Təala onlara din və dünya baxımından gözəl bir həyat bəxş
etmişdir.)
...
Əhzab Suresi, 8. Ayet:
(Allah bunu) doğru kimsələri doğruluqlarından hesaba çəkmək üçün (
etmişdir.)
Kafirlərə də ağrılı-acılı bir əzab hazırlamışdır....