Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ali-İmran Suresi, 92. Ayet:
Sevdiyiniz şeylərdən (Allah yolunda) infaq etməyincə yaxşılığa (cənnətə) nail ola bilməzsiniz. Şübhəsiz ki, Allah infaq etdiyiniz hər bir şeyi bilir. (“Yaxşılıq” olaraq tərcümə etdiyimiz “birr” kəlməsini təfsirçilər “cənnət, xeyrin və yaxşılığın zirvə nöqtəsi, Allahın rəhməti və rizası” olaraq təfsir
etmişlər.)
...
Məryəm Suresi, 37. Ayet:
Sonra firqələr öz aralarında ixtilafa düşdülər. Şahid olunacaq o böyük gün kafirlərin vay halına! (Təfsirçilər ixtilafa düşən firqələrin yəhudilər və xristianlar, yaxud öz aralarında ayrılığa düşən xristian məzhəbləri olduğunu qeyd
etmişlər.)
...
Saffat Suresi, 4. Ayet:
Həqiqətən, sizin ilahınız təkdir! (Bəzi təfsirçilər bu ayələrdə qeyd olunan “səf-səf düzülən, bağıraraq qovan və zikri oxuyanlar”ın mələklər olduğunu ifadə
etmişlər.)
...
Ənkəbut Suresi, 35. Ayet:
Şübhəsiz, düşünənlər üçün o məmləkətdən açıq-aydın ibrət nişanəsi saxlamışıq. (Təfsirçilər bu ibrət nişanəsini məhv edilən qövmün başına gələnlərlə bağlı hekayətlər, xarabaya çevrilmiş yurdlarından qalan izlər, göydən yağdırılmış daşlar və s. kimi izah
etmişlər.)
...
Ənbiya Suresi, 105. Ayet:
Şübhəsiz ki, Zikrdən sonra Zəburda da: “Yer üzünə saleh qullarım varis olacaqdır!” - deyə yazmışdıq. (Təfsirçilərin bir qismi yuxarıdakı ayədə qeyd edilən “Zikr” kəlməsi ilə “Tövrat”ın, bir qismi isə “Lövhi-məhfuz”un nəzərdə tutulduğunu ifadə
etmişlər.)
...