Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əhzab Suresi, 13. Ayet:
Bu vaxt onlardan bir dəstə: “Ey Yəsrib (Mədinə) xalqı, sizin üçün burada qalacaq yer yoxdur, geri qayıdın!” – demişdi. Onlardan bir dəstə də Peyğəmbərdən izin istəyərək: “Həqiqətən,
evlərimiz
açıqdır (təhlükə altındadır)”, - deyirdilər. Halbuki, evləri açıq deyildi. Onlar sadəcə olaraq (döyüşdən) qaçmaq istəyirdilər....
Əhzab Suresi, 13. Ayet:
Onlardan bir dəstə dedi: "Ey Yəsrib camaatı, sizin burada qalmağa yer yoxdur, dərhal geri qayıdın. Digər bir qrup isə: "
Evlərimiz
həqiqətən qorunmur." Deyərək Peyğəmbərdən icazə istədilər. Ancaq evləri idi. müdafiəsiz deyildilər, müharibədən qaçmaq üçün bəhanə axtarırdılar....
Əhzab Suresi, 13. Ayet:
O zaman onlardan bir tayfa: “Ey Yəsrib (Mədinə) əhli. (Burada) sizin üçün duracaq bir yer yoxdur, (evinizə) qayıdın!” – demişdi. Başqa bir dəstə isə: “
Evlərimiz
açıqdır (kimsəsizdir, oğru girməsindən qorxuruq)” – deyə (geri qayıtmaq üçün) Peyğəmbərdən izin istəyirdi. Həqiqətdə evləri açıq (kimsəsiz) deyildi. Onlar ancaq (döyüşdən) qaçmaq istəyirdilər....
Əhzab Suresi, 13. Ayet:
Onlardan bir dəstə: ‘Ey Yəsrib (Mədinə) xalqı, sizin üçün burada dayanacaq yer yox! Artıq qayıdın.’ dedi. Onlardan digər bir qrup peyğəmbərdən: ‘Şübhəsiz ki,
evlərimiz
mühafizəsizdir (nəzarətsizdir).’ deyərək izn istəyirdilər. Evləri mühafizəsiz deyildi, sadəcə (savaşdan) qaçmaq istəyirdilər....
Əhzab Suresi, 13. Ayet:
Onlardan bir dəstə demişdi: “Ey Yəsrib əhli! Siz müqavimət göstərə bilməyəcəksiniz. Geri qayıdın!” İçərilərindən bir qismi isə: “
Evlərimiz
nəzarətsiz qalıb”– deyərək Peyğəmbərdən izin istəyirdi. Halbuki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq istəyirdilər....
Əhzab Suresi, 13. Ayet:
Onda dedi onlardan bir tayfa: «Ay Yəsrib əhli! Sizin üçün məqam yoxdur, qayıdın!» Onlardan bir firqə isə nəbidən izn istəyərək dedi: «Həqiqətən,
evlərimiz
açıqdır!» - bir surətdə ki, onlar açıq deyildi. Onlar ancaq fərarilik etmək istəyirdilər. ...
Əhzab Suresi, 13. Ayet:
Və (yada sal), o zaman onlardan bir dəstə dedi: «Ey Mədinə əhli, (bu meydan) sizin qalmaq yeriniz deyildir odur ki, (öz şəhərinizə) qayıdın» (yoxsa hamınız öldürüləcəksiniz). Bir dəstə isə: «Bizim
evlərimiz
qoruyucusuzdur» deyib Peyğəmbərdən qayıtmaq izni istəyirdilər, halbuki (evləri) qoruyucusuz deyildi, onlar ancaq (cihaddan) qaçmaq istəyirdilər....
Əhzab Suresi, 13. Ayet:
O zaman onlardan bir dəstə: “Ey Yəsrib (Mədinə) əhli! Sizin burada durmaq imkanınız yoxdur. Geri qayıdın”, – demişdi. Onlardan başqa bir dəstə isə: “
Evlərimiz
açıqdır (mühafizə olunmur)”, – deyərək peyğəmbərdən izin istəyirdilər. Halbuki evləri açıq (mühafizəsiz) deyildi. Onlar sadəcə qaçmaq istəyirdilər....
Əhzab Suresi, 13. Ayet:
O zaman onlardan bir dəstə dedi: "Ey Yəsrib [Mədinə] əhli! Bura sizin üçün duracaq yer deyildir, geri dönün!" Onlardan bir dəstəsi isə: "
Evlərimiz
başlı-başına qalıb," - deyərək, peyğəmbərdən icazə istədi. Lakin evləri başlı-başına deyildi, onlar ancaq (döyüşdən) qaçmaq istəyirdilər....
Əhzab Suresi, 13. Ayet:
Və o vaxt onlardan bir qrup: "Ey Yəsrib/Mədinə əhalisi! Sizin üçün qalacaq yer yoxdur, dərhal geri dönün" deyirdilər. Onlardan bir qismi də, "
Evlərimiz
həqiqətən müdafiəsizdir" deyərək Peyğəmbərdən icazə istəyirdilər. Halbuki evləri müdafiəsiz deyildi. Onlar, sadəcə olaraq qaçmaq istəyirdilər....