Tövbə Suresi, 5. Ayet: Haram aylar çıxan kimi müşrikləri harada görsəniz öldürün, yaxalayıb əsir alın, həbs edin və onların bütün keçidlərini tutun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onların yollarını açın. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir. (Yuxarıdakı ayədə, haram aylar çıxdıqdan sonra müşriklərin ciddi bir şəkildə təqib edilmələrinə işarə edilmişdir. Yəni, Kəbənin ətrafında müşriklərin varlığına birdəfəlik son qoymaq üçün onları izləmək, keçidləri tutmaq, lazım gəldiyi təqdirdə onları əsir t...