Fəth Suresi, 4. Ayet: Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə (Öz dərgahından) arxayınlıq (rahatlıq və mənəvi möhkəmlik) göndərən Odur. Göylərdəki və yerdəki ordular (mələklər, cinlər, insanlar, heyvanlar, ildırım, qasırğa, fırtına, sel, zəlzələ, ayın tutulması, günəşin batması və i. a.) Allahın ixtiyarındadır (Allah istədiyindən onlar vasitəsilə intiqam alar) Allah (hər şeyi) biləndir, hikmət sahibidir!...
Fatir Suresi, 1. Ayet: Bütün təriflər, göyləri və yeri yoxdan yaradan, xəbərçi ayələri iki-iki, üç-üç, dörd-dörd... mənalar daşıyan/təbiət qüvvələrini ikiqat, üçqat, dördqat... şiddət vahidinə sahib elçilər olaraq göndərən Allaha məxsusdur; başqasını tərifləmək olmaz. O, əmələ gətirməkdə, istədiyini artırar. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. ...