Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 85. Ayet:
Siz elə kəslərsiniz ki, (bu əhddən) sonra bir-birinizi öldürür, özünüzdən olan bir dəstəni yurdlarından çıxardıb onlara zülm və düşmənçilik etməkdə köməkləşirsiniz. Əgər onlar əsir düşüb sizə gəlsələr, fidyə verib onları azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Siz kitabın (Tövratın) bir hissəsinə inanıb, digər hissəsini inkarmı edirsiniz? Sizdən kim bu cür işlər
görərsə,
onun cəzası dünya həyatında rüsvay olmaqdır. Qiyamət günü isə onlar ən şiddətli əzaba...
Bəqərə Suresi, 158. Ayet:
Həqiqətən, Səfa və Mərvə təpələri Allahın nişanələrindəndir. Kim Allahın evinə həccə, yaxud ümrəyə gedərsə, onları təvaf etməsində ona heç bir günah yoxdur. Kim də könüllü olaraq yaxşı bir iş
görərsə,
şübhəsiz ki, Allah şükrün əvəzini verəndir, hər şeyi biləndir....
Nisa Suresi, 123. Ayet:
Nə sizin xülyalarınız, nə də kitab əhlinin xülyaları (həqiqət) deyildir. Kim pis bir iş
görərsə,
ona görə cəzalandırılar və Allahdan başqa özünə nə bir dost, nə də bir köməkçi tapa bilər....
Nisa Suresi, 124. Ayet:
Kişi, yaxud qadınlardan hər kim mömin olaraq yaxşı işlər
görərsə,
onlar cənnətə daxil olacaqlar. Onlara xurma çərdəyinin çuxuru qədər belə haqsızlıq edilməyəcək....
Nəhl Suresi, 97. Ayet:
Kişi və ya qadınlardan mömin olaraq kim yaxşı işlər
görərsə,
ona mütləq gözəl bir həyat yaşadacağıq və əlbəttə, onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracağıq....
Mömin Suresi, 40. Ayet:
Kim pis bir iş
görərsə,
yalnız etdiyi pis iş qədər cəza alar. Mömin olub yaxşı bir iş görən kişi, yaxud qadın isə cənnətə girəcək və orada onlara saysız-hesabsız ruzilər veriləcəkdir....
Fussilət Suresi, 46. Ayet:
Kim yaxşı bir iş
görərsə,
öz lehinə, kim də pis bir iş
görərsə,
öz əleyhinə olar. Sənin Rəbbin bəndələrinə zülm edən deyildir....
Şura Suresi, 23. Ayet:
Allahın iman gətirib yaxşı işlər görən qullarına verdiyi müjdə budur. De: “Bunun müqabilində sizdən qohumluq sevgisindən başqa heç bir əvəz istəmirəm”. Kim yaxşı bir iş
görərsə,
orada onun yaxşılığını (savabını) artırarıq. Şübhəsiz ki, Allah bağışlayandır, şükrün mükafatını verəndir....
Təğabun Suresi, 9. Ayet:
Allah məhşər günündə sizi bir yerə cəm edəcəkdir. Məhz o gün aldanma günüdür. Kim Allaha iman gətirib yaxşı işlər
görərsə,
Allah onun günahlarının üstünü örtər və onu altından çaylar axan, əbədi qalacağı cənnətlərə daxil edər. Böyük uğur budur!...
Qəsəs Suresi, 67. Ayet:
Ancaq kim tövbə edib iman gətirər və yaxşı işlər
görərsə,
ümid olunur ki, o, nicat tapanlardan olar....
Əhzab Suresi, 30. Ayet:
Ey Peyğəmbərin zövcələri! Sizdən kim açıq-aşkar çirkin bir iş
görərsə,
onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır....
Əhzab Suresi, 31. Ayet:
Sizdən hər kim Allaha və Rəsuluna itaət edər və yaxşı işlər
görərsə,
onun mükafatını ikiqat verərik. Biz onun üçün (cənnətdə) bol ruzi hazırlamışıq....
Ənbiya Suresi, 94. Ayet:
Hər kim mömin olaraq yaxşı işlər
görərsə,
onun əməyi inkar edilməyəcəkdir. Şübhəsiz ki, Biz onu (onun əməllərini) yazırıq....
Casiyə Suresi, 15. Ayet:
Kim yaxşı bir iş
görərsə,
bu onun öz lehinə, kim də pis bir iş
görərsə,
bu onun öz əleyhinə olar. Sonra siz Rəbbinizə qaytarılacaqsınız....
Ənam Suresi, 54. Ayet:
Ayələrimizə iman gətirənlər sənin yanına gəldikləri zaman (onlara) de: “Sizə salam olsun! Rəbbiniz mərhəmətli olmağı Özünə vacib etdi. Odur ki, sizlərdən hər kim bilməyərək pis bir iş
görərsə,
sonra onun arxasınca tövbə edib özünü islah edərsə, bilsin ki, Allah bağışlayandır, rəhmlidir”....
Ənam Suresi, 104. Ayet:
Rəbbinizdən sizə bəsirət (görüb dərk etmə qabiliyyəti) gəlmişdir. Kim
görərsə,
bu öz lehinə, kim də görməzsə, bu onun əleyhinədir. Mən sizin üstünüzdə gözətçi deyiləm. (Allah-Təala insanlara cisimləri görmələri üçün göz verdiyi kimi, həqiqətləri görmələri üçün də qəlb gözü olan idrak qabiliyyəti vermişdir. Kim bu qabiliyyətini doğru yolda işlətməzsə, özünə zərər vermiş olar.)...
Talaq Suresi, 11. Ayet:
Allah iman gətirib yaxşı işlər görənləri qaranlıqlardan aydınlığa çıxartmaq üçün açıq-aydın ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir. Kim Allaha iman gətirib yaxşı işlər
görərsə,
Allah onu (ağacları) altından çaylar axan və əbədi qalacağı cənnətlərə daxil edəcəkdir. Allah ona gözəl bir ruzi vermişdir....
Talaq Suresi, 11. Ayet:
İman gətirib yaxşı işlər görənləri zülmətdən nura çıxarmaq üçün sizə Allahın açıq-aydın ayələrini oxuyan bir peyğəmbər göndərdi. Kim Allaha iman gətirib yaxşı işlər
görərsə,
Allah onu (ağacları) altından çaylar axan cənnətlərə daxil edər və orada əbədi qalacaqlar. Allah ona ən gözəl ruzi verər....
Bəqərə Suresi, 158. Ayet:
(Ey möminlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi (Kəbəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş
görərsə,
Allah (onun etdiyi yaxşı işdən) razı qalandır (əvəzini verəndir), (onu) biləndir....
Nisa Suresi, 30. Ayet:
Hər kəs təcavüz və zülm etməklə bu işləri
görərsə,
Biz onu cəhənnəm oduna atırıq. Şübhəsiz ki, bu da Allah üçün çox asandır!...
Şura Suresi, 23. Ayet:
Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. (Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm. Kim bir yaxşı iş
görərsə,
onun yaxşılığının savabının (mükafatını) artırarıq!” Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir! (Şükrün və itaətin, gözəl əməllərin əvəzini verəndir!)...
Ənam Suresi, 160. Ayet:
Kim yaxşı bir iş
görərsə,
ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş
görərsə,
ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz....
Ənam Suresi, 104. Ayet:
Rəbbinizdən sizə bəsirətlər (qəlb gözlərinə görmə qabiliyyəti) gəlmişdir. Artıq kim bu bəsirətlə (qəlb gözüylə)
görərsə,
onun lehinədir (öz nəfsi üçündür). Kimin də bəsirəti (qəlb gözü) kor qalarsa, o təqdirdə onun əleyhinədir. Mən sizin üzərinizdə mühafiz deyiləm....
Əhzab Suresi, 30. Ayet:
Ey Peyğəmbər Xanımları! İçinizdən kim açıq-aşkar çirkin iş
görərsə,
ona əzab ikiqat artırılar. Bu, Allaha görə asandır....
Furqan Suresi, 71. Ayet:
Kim tövbə edib yaxşı iş
görərsə,
o, doğrudan da Allaha tərəf qayıtmış olar....
Bəqərə Suresi, 158. Ayet:
Şübhəsiz ki, Səfa ilə Mərvə Allahın (dininin) nişanələrindəndir. Ona görə də kim həcc və ümrə niyyəti ilə Kəbəni ziyarət edər və onları da təvaf edərsə, bunda bir günah yoxdur. Kim də könüllü olaraq xeyirli bir iş
görərsə,
şübhəsiz ki, Allah onu bilər və əvəzini verər....
Nisa Suresi, 123. Ayet:
İş nə sizin xülyanıza, nə də kitab əhlinin xülyasına görədir. Kim pis bir iş
görərsə,
onunla cəzalandırılar. O, özünə Allahdan başqa nə bir dost, nə də bir yardımçı tapa bilər....
Kəhf Suresi, 88. Ayet:
“Kim də iman edər və saleh işlər
görərsə,
ona mükafat olaraq daha gözəli var. (Üstəlik) ona əmrimizdən asan olanını söyləyəcəyik”....
Taha Suresi, 112. Ayet:
Kim də mömin olaraq saleh işlər
görərsə,
o nə zülmə uğramaqdan qorxar, nə də məhrum qalmaqdan....
Fussilət Suresi, 46. Ayet:
Kim yaxşı bir iş
görərsə,
öz lehinədir. Kim də pis iş
görərsə,
öz əleyhinədir. Rəbbin qullara (zərrə qədər) zülm edən deyil....
Şura Suresi, 23. Ayet:
Bax bu, Allahın iman edib saleh işlər görən qullarına müjdələdiyi şeydir. De ki: “Mən bunun (təbliğ vəzifəsinin) əvəzində sizdən yaxınlıq və dostluqdan doğan sevgidən başqa bir qarşılıq istəmirəm”. Kim gözəl bir iş
görərsə,
onun yaxşılığını artırarıq. Şübhəsiz, Allah çox bağışlayandır, şükrün qarşılığını verəndir....
Casiyə Suresi, 15. Ayet:
Kim yaxşı bir iş
görərsə,
öz lehinə görmüş olar. Kim də pislik edərsə, öz əleyhinə etmiş olar. Sonra Rəbbinizə qaytarılacaqsınız....
Bəqərə Suresi, 112. Ayet:
Əksinə ! Kim Allaha üz tutub xeyir işlər
görərsə,
onun öz Rəbbi dərgahında mükafatı vardır. Onlara nə bir qorxu, nə də qəm-qüssə olar....
Bəqərə Suresi, 158. Ayet:
Səfa və Mərva Allahın qoyduğu nişanələrdəndir. Beytə (Kəbəyə) həcc və ümrə ziyarəti edən kəs onların hər ikisi ətrafında dolanarsa heç bir günahı olmaz. Hər kim könüllü olaraq xeyir işlər
görərsə,
axı Allah təşəkkürü qəbul edəndir, hər şeyi biləndir....
Ənam Suresi, 104. Ayet:
Rəbbinizdən sizə dəlillər gəlmişdir. Kim bəsirət gözünü açıb
görərsə,
(xeyri) özü üçündür, kim onlara göz yumarsa özünə qarşı çıxmış olar. Mən sizin üçün nəzarətçi deyiləm!...
Rum Suresi, 44. Ayet:
Kim küfr edərsə, küfrü öz əleyhinə olar, kim də düz iş
görərsə,
özləri üçün gözəl yer hazırlayarlar...